Stepan Daniloviç Burnaşov (1743–1824) – diplomat, səyyah, general-mayor, senator, yazıçı və topoqraf.
Stepan Burnaşov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | xəritəşünas |
O, Krım xanlarının nəslindən idi və Rusiya dövlətinə xidmət edirdi. S. D. Burnaşov 1768–1774-cü və 1787–1791-ci illər rus-türk müharibələrinin iştirakçısı olmuşdur. S. D. Burnaşov 1783-cü ilin may ayında knyaz Q. A. Potyomkin Tavriçeski tərəfindən Kartli-Kaxetiyaya – II Iraklinin və I Solomonun sarayına Rusiya dövlətinin səlahiyyətli nümayəndəsi kimi göndərilmişdi. O, sarayda 1787-ci ilin oktyabr ayına qədər qulluq etmişdi.
S. D. Burnaşov Kartli-Kaxetiya sarayında yalnız hərbi-diplomat işi ilə deyil, həm də Qafqaz ölkələri haqqında geniş məlumat toplamaqla da məşğul olmuşdur. Onun "Gürcüstanın xəritəsi", "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərləri çapdan çıxmışdır. S. D. Burnaşovun Azərbaycanla bağlı olan əsəri Azərbaycan MEA-nın Tarix Institutunun Elmi Arxivində saxlanılır. Bundan başqa onun müxtəlif illərdə Sankt-Peterburqa göndərdiyi məktubları A. A. Çaqareli tərəfindən çap edilmişdir və monoqrafiyada həmin məktublardan istifadə olunmuşdur. S. D. Burnaşov "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərində Azərbaycanın ayrı-ayrı xanlıqları, onların siyasi vəziyyəti, coğrafi mövqeyi, bəzi tayfa və xalqlar haqqında məlumat verir.
2017-ci ildə "Azer-Globe" İctimai-Siyasi Araşdırmalar İnstitutunun nəzdindəki Qafqaz Tarixi Mərkəzi tərəfindən çapa hazırlanan və TEAS PRESS Nəşriyyat Evi tərəfindən rus dilində nəşr edilən "Кавказ XVIII века глазами русского тайного агента Arxivləşdirilib 2017-10-29 at the Wayback Machine" ("XVIII əsrin Qafqazı rus gizli agentinin gözü ilə") kitabında S. D. Burnaşovun reprint olarağ əsərləri çap olunub. Bu reprint nəşrə S. Burnaşovun Qafqaza dair üç əsəri daxil olub: "Описание областей Адербижанских в Персии и их политического состояния" ("İrandakı Aderbijan vilayətlərinin və onların siyasi vəziyyətinin təsviri", 1793), "Картина Грузии или описание политического состояния царств Карталинского и Кахетинского" ("Gürcüstan mənzərəsi, yaxud Kartalin və Kaxetiya çarlıqlarının siyasi vəziyyətinin təsviri", 1793) və "Описание горских народов" ("Dağ xalqlarının təsviri", 1794).