"Stern's" (ilk adı Stern Brothers olub) ― ABŞ-nin Nyu-York, Nyu-Cersi və Pennsilvaniya ştatlarına xidmət edən tarixi regional universal mağaza şəbəkəsi. Şəbəkə 130 ildən çox fəaliyyət göstərmişdir.
Stern's | |
---|---|
| |
| |
Ümumi məlumatlar | |
Tipi | Universal mağaza |
Sənaye | pərakəndə satış |
Məhsulları | Geyim, ayaqqabı, yataq dəsti, mebel, zərgərlik, gözəllik məhsulları, hədiyyələr və ev əşyaları. |
Təsis tarixi | 1867 |
Bağlanma tarixi | 2001 |
Bağlanma səbəbi | Mağazaların çoxu "Macy's"-ə çevrildi, digərləri ya ləğv olundu, yada "Bloomingdale's"-ə çevrildi |
Varis |
Macy's (2001–h/h) Bloomingdale's (2001–h/h) |
Baş qərargahın yeri | Paramus, Nyu-Cersi |
Struktur | |
Ana şirkət |
Allied Stores (1951–1992) Federated Department Stores, Inc. (1992–ləğv olunması) |
2001-ci ildə "Stern's" ana şirkəti "Federated Department Stores" qərara gəldi ki, "Stern's" brendindən imtina eləsin. Mağazaların çoxu dərhal "Stern's"-in korporativ şirkəti "Macy's"-ə çevrildi, digərləri ləğv olunaraq "Bloomingdale's" adı altında təzədən açıldı.[1][2]