Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Steven dovşankələmi - (lat. Sedum stevenianum)
Çoxillik bitkidir. Kökümsovu nazik, çox budaqlanandır. Gövdəsi incə, qırmızıtəhər, hündürlüyü 6 sm-ə qədər, sərilən, sürünən və ya qalxandır. Yarpaqları qarşı-qarşıya düzülən, oturaq, 3–7 mm uzunluqda, 4 mm-ə qədər enində, qısa saplaqlı, oval və ya tərsyumurtavari və ya belvari, tamkənarlı, nadir hallarda qırmızımtıldır. Çiçəkqrupu az çiçəkli, 3-5 çiçəkli, bəzən təkdir. Ləçəkləri 5–6 mm uzunluqda, uzunsov-lansetvari, çəhrayı və ya tünd fırfır rənglidir. Erkəkcik 10 ədəd, tozluqları fırfır rəngli, tacdan qısadır.[1]
BQ qərbi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Çınqıllı yamaclarda, qaya töküntülərində və çatlarında bitir.[2]
Bu məqalə qaralama halındadır. |