Stokholm terror hücumu - İsveçin paytaxtı Stokholm şəhərində çatdırılma xidməti göstərən yük maşını ilə törədilmiş terror hücumu. Hadisə nəticəsində 4 nəfər həlak olub, 9 nəfəri ciddi olmaqla 15 nəfər yaralanıb. Yük maşını insanların çoxluq təşkil etdiyi əraziyə daxil olaraq, qarşısına çıxan mülki əhalini əzib. Hadisəni təşkil etməkdə günahlandırılan 39 yaşlı Özbəkistan vətəndaşı həmin gün yerli polis tərəfindən həbs olunub. Stokholm terror hücumu oxşarlıq baxımından 2016-cı ildə Fransanın Nitsa şəhərində törədilmiş və 87 nəfərin ölümünə səbəb olan terror hücumu ilə bənzərlik təşkil edir.
Stokholm terror hücumu | |
---|---|
Hücum yeri |
Stokholm, İsveç |
Hücum hədəfi | mülki əhali |
Vaxt |
7 aprel, 2017 14:53 |
Həlak olanlar | 4[1] |
Yaralılar | 15 (+9 ciddi) |
Terrorçular | Raxmat Akilov[1] |
Vikianbarda əlaqəli mediafayllar |