Stortinq (norv. Stortinget; azərb. “böyük məclis”) Norveçin birpalatalı parlamentidir[1]. 4 il müddətinə seçilən 169 deputatdan (Stortings nümayəndəsi) ibarətdir. 1814-cü ildə qəbul edilmiş olan konstitusiyaya əsasən parlament fəaliyyət göstərir. Əvvəllər Stortinq iki palatadan - Odelstinq və Laqtinqdən ibarət idi[2]. Lakin 2007-ci ildə qəbul edilmiş olan qərara əsasən, 2009-cu ildəki növbəti seçkilərdən sonra, Norveç parlamenti birpalatalı olmuşdur[3].
Stortinq | |
---|---|
Stortinget | |
2021 | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 1814 |
Quruluşu | |
Üzvlərin sayı | 169 |
Müxalifət (93)
|
|
Məclis binası | |
Sayt | |
stortinget.no | |
Vikianbarda əlaqəli mediafayllar |
Stortinqin əsas vəzifələri bunlardan ibarətdir:
Hər bir deputat səlahiyyət müddəti ərzində şəxsi toxunulmazlıq hüququna malikdir. 2002-ci ildəki məlumata əsasən bir Stortinq üzvünün illik maaşı təxminən 70 min avro olmuşdur. Deputatların könüllü olaraq mandatlarından imtina etmək hüquqları yoxdur. İstisna bir hal olaraq yalnız hər hansısa bir millət vəkili nazir postuna təyin edildiyi halda mandatından məhrum edilir. İstənilən bir vətəndaş Stortinqdə baş verən müzakirənin gedişini xüsusi qalereyada izləyə bilər və eyni zamanda da müzakirənin “əleyhinə” səs verən deputat müvafiq düyməni sıxmaqla bərabər, həm də baş verənlərlə razılaşmadığını nümayiş etdirmək üçün yerindən qalxaraq zalı tərk edə də bilər[4].