Su-33

Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir.

Su-33
Rusiya HDQ-yə məxsus Su-33
Rusiya HDQ-yə məxsus Su-33
Tipi Aviadaşıyıcı üçün nəzərdə tutulmuş hava üstünlük qırıcısı və çoxməqsədli qırıcı
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı SSRİ / Rusiya
Baş konstruktor Mixail Simonov
Dizayner Suxoy Konstruktor Bürosu/Suxoy Korporasiyası
İlk uçuş 17 avqust 1987-ci il
İstismara verilmə tarixi 31 avqust 1998-ci il[1]
Status İstehsalı dayandırılıb
İstismarçılar Rusiya Hərbi Dəniz Qüvvələri
İstehsal ili 1989–1999[2]
Buraxılış sayı 9 ədəd prototip və 26 ədəd seriyalı istehsal
Baza modeli Su-27
Variantları Su-33UB
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.

Əməliyyat tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqı və Rusiya

[redaktə | mənbəni redaktə et]

Su-27K ilk dəfə 1990-cı illərin ortalarında silahlanmaya qəbul edilmişdir. 1995-ci ilin dekabrından 1996-cı ilin mart ayına qədər olan müddət ərzində Aralıq dənizində xidməti vəzifəsini yerinə yetirən Admiral Kuznetsov aviadaşıyıcısının üzərində iki ədəd Su-25UTG, doqquz ədəd Ka-27 və 13 ədəd Su-27K var idi.[3] Buna baxmayaraq, təyyarənin rəsmi olaraq "Su-33" adı ilə silahlanmaya qəbul olunması 31 avqust 1998-ci ilə təsadüf edir. Həmin vaxt bu qırıcıların ilk partiyası Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal flotiliyasının Severomorsk-3 aviabazasında dislokasiya olunmuş 279-cu Dəniz Qırıcı alayına təhvil verilmişdi.[4]

Sovet İttifaqının dağılmasından sonra Rusiya HDQ-də silahlanma ilə əlaqədar bir sıra proqramlar ixtisar olunmuşdur. 2009-cu ildə Rusiya HDQ öz silahlanmasında olan Su-33 qırıcılarını 24 ədəd MiQ-29K ilə əvəzləmək barədə qərar qəbul etmişdir. MiQ-29K qırıcılarının 2011-ci ildən 2015-ci ilə qədər Rusiya HDQ-nin silahlanmasına daxil ediləcəyi planlaşdırılmışdı.[5] 2015-ci ildə Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor İqor Kojin mətbuata açıqlamasında artıq ikinci alayın da tamamilə MiQ-29 qırıcıları ilə təchiz edildiyi və hazırda silahlanmada olan Su-33 qırıcılarının isə modernizasiya edildikdən sonra gələcəkdə yenidən istifadə olunacağı barədə məlumat vermişdir.[6][7] 2016-cı ilin payızında imzalanmış müqavilə nəticəsində Su-33 qırıcılarının SVP-24 hədəfləmə sistemi ilə təchiz olunmasına başlanmışdır. İlk modernizə edilmiş döyüş təyyarələri elə həmin ilin sentyabr ayında tədarük edilmişdir.[8] Su-33 üçün modernizasiya olunmuş mühərriklərin təchizatına isə 2017-ci ildən etibarən başlanmışdır.[9]

Taktiki-texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumi göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1 nəfər
  • Uzunluğu: 21.19 m
  • Qanad genişliyi: 14.7 m
  • Hündürlüyü: 5.93 m
  • Qanad sahəsi: 67.84 m²
  • Boş çəki: 18,400 kq
  • Yüklü çəki: 29,940 kq
  • Maksimum qalxma ağırlığı: 33,000 kq
  • Güc təminatçısı: 2 × Saturn AL-31F3 mühərrik

Uçuş keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimum sürət: 2.2 max (2300 km/saat)
  • Məsafə: 3000 km
  • Maksimum qalxma yüksəkliyi: 17,000 m
  • Yüksəkliyə qalxma sürəti: 246 m/saniyə
  • Qanad yüklənməsi: 483 kq/m²
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.83
  • Maksimum g yüklənmə: +8 g
  • Eniş sürəti: 240 km/saat
  1. "Морской защитник". 2012-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  2. Су-33 Arxivləşdirilib 2010-02-12 at the Wayback Machine на сайте airwar.ru
  3. "Russian carrier deploys to Adriatic". Flight International. London: Reed Business Information. 148 (4499): 24. 22–28 noyabr 1995. ISSN 0015-3710. 23 avqust 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2011.
  4. Petterson, Trude. "New fighter jets for Admiral Kuznetsov". Barents Observer. 25 sentyabr 2009. 7 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2011.
  5. "Russian Navy to buy 24 MiG-29K carrier-based fighters". RIA Novosti. 9 October 2009. 6 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 July 2011.
  6. "Russian Navy to Form Second Aircraft Carrier Aviation Regiment with MiG-29K/KUB". navyrecognition.com. 26 August 2015. 18 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2015.
  7. "In 2015 naval aviation to receive more than 20 MiG-29K aircraft". Ministry of Defence of the Russian Federation. 18 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 November 2015.
  8. Ramm, Alexey. "ВМФ России ударит по террористам в Сирии с особой точностью". Izvestia (Russian). 2 September 2016. 20 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
  9. "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]