Su hövzələrinin bioloji meliorasiyası

Su hövzələrinin bioloji meliorasiyası – faydalı su orqanizmlərinin yaşayış şəraitinin yaxşılaşmasına və su sahələrinin bioloji və təsərrüfat məhsuldarlığının süni yüksəlməsinə yönəldilən kompleks tədbirlər. Su hövzələrinin bioloji meliorasiyası balıq təsərrüfatında (su hövzəsinin dərinləşdirilməsi və təmizlənməsi, təbii balıq kürü qoyan yerlərin saxlanması və süni kürüləmə yerlərinin düzəldilməsi), həm də ov təsərrüfatında istifadə olunur. Su hövzələrinin bioloji meliorasiyasına həm də hövzədə bitki ilə qidalanan balıqların introduksiyası daxildir (su hövzələrinin "çiçəkləməsi"" ilə mübarizə məqsədilə)[1].

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008