Bu məqaləni vikiləşdirmək lazımdır. |
Saprobluq sistemi — Su hövzələrinin saprobluq sistemi 1908-1909-cu illərdə alman tədqiqatçıları Kolkvits və Marsson tərəfindən işlənmişdir. Son illərdə çex hidrobioloqu Sladeçek tərəfindən irəi sürülən "su hövzələrinin saprobluq təsnifatı" daha geniş yayılmışdır. Sladeçekə görə sapobluq -su hövzəsinin üzvi maddənin qatıığı və onun parçalanma prosesinin intensivliyi ilə təyin olunan bioloji vəziyyətdir. Saprobluq sistemində aşağıdakı zonalar müəyyən edilir:
Katarob və ya ksenosaprob zonalar- Olduqca təmiz su kütləsi ilə xarakterizə olunurlar. Bu sularda üzvi maddə ya tamamilə olmur, yaxud da çox cüzi miqdarda olur. Təbiətdə bülə sulara misal olaraq yeraltı suları, bulaq sularını misa göstərmək olar.
Oliqosaprob zona - Su hövzələrinin tam təmiz zonası hesab olunur, oksigenlə doymuş olur.
β-mezasaprob zona- yüksək miqdarda üzvi maddə ilə çirklənmiş suya malikdir. Bu zonanın canlılar aləmi yüksək növ müxtəlifliyi ilə fərqlənir. Bu zonada canlıların əsas qrupları müxtəlif yosunlar, rotatorilər, ibtidai xərçənglər, həşaratlar və onların sürfələridir.
α-mezasaprob zona -kimyəvi proseslərin kəskin getdiyi və üzvi maddələrlə kəskin çirklənmiş zonadır. Sap və çöp şəkilli bakteriyalar, göbələklər, bir sıra göy -yaşıl yosunlar, sarkodinlər, qamçılılar, infuzorlar, rotatorlar, sərbəst yaşayan nematodlar, azqıllı qurdlar, molyuskalar, xironomid sürfələri və s. bu zonanın nümayəndələridirlər.
Polisaprob zona- Həddindən artıq üzvi və mineral maddələrlə çirklənmiş suya malikdir.Polisaprob zonanın suları oksigendən çox kasıb olur. Belə su hövzələrinin dib hissəsi tün qara rəngli lildən ibarət olub, çox kəskin hidrogen sulfid iyi verir.
İzosaprob zona- yüksək dərəcədə üzvi maddələrlə çirklənmiş suya malik olması ilə xarakterizə olunur. Buna misal olaraq təzə məişət suyunu göstərmək olar. Bu zonada su həll olmuş oksigndən məhrumdur.
Metasaprob zona - üzvi maddələrlə ifrat dərəcədə çirkləmiş zonadır. Bununla yanaşı belə sularda zəhərli maddələrə də rast gəlinir.Belə su hövzəsi çoxlu miqdada çürüyən bitki qalıqları ilə zəngin olur və yay fəslində onun suyu çox pis qoxu verir.
Hipersaprob zona- yüksək dərəcədə üzvi maddələrlə doymuş suya deyilir. Bu zonada çoxlu miqdarda anaerob bakteriyalara və sista halında olan ibtidailərə rast gəlinir.
Ultrasaprob zona- "həyatsız" zona kimi məlumdur. Burada fəal canlı orqanizimlər olmur.Bu zonada bakteriya və yosunların sporlarına, ibtidailərin sistalarına, nematodların və rotatorilərin yumurtalarına rast gəlinir.
Antisaprob zona- sənaye tullantıları aşkar edilir. Bu zonanın sularında üzvi və qeyri-üzvi təbiətli zəhərli maddələr olur. Bu zona ölü zona hesab olunur, burada nə canlı orqanizimlərə, nə də onların spor və sistalarına təsadüf olunmur. Belə ki, onlar bu zonaya düşdükdə sudakı zəhərin təsirindən məhv olurlar.
Radiosaprob zona- radioaktiv maddələrlə çirklənmiş sudur. Bu zona orada yaşayan orqanizimlərə mənfi təsir göstərməsə də, onların bədənində toplanaraq qida zənciri vasitəsi ilə digər orqanizimlərə ötürülür.
Kritosaprob zona- qeyri- əlverişli fiziki şəraitlə fərqlənir. Bu zonada su həddindən artıq yüksək və aşağı temperatur şəraitinə malik olur.Su müxtəlif mineral maddələr, mineral yağlar və digər qarışıqlarla çirklənmiş olur.[1][2]