Su təsərrüfatı – Su ehtiyatlarının öyrənilməsi, uçotu, kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suların çirklənməsinin və azalmasının mühafizəsi ilə məşğul olan xalq təsərrüfatı sahəsi. Su təsərrüfatınin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir. Su təsərrüfatının ən əsas məsələlərindən biri də su hövzələrini sənaye və məişət suları ilə çirklənməkdən qorumaqdır.[1]
Xalq təsərrüfatının müxtəlif sahələrində sudan istifadə vəzifəsi, miqdarı və formasına uyğun olaraq su resursları üzrə məlumatların toplanması.