Subaru

Subaru, "Fuji Heavy Industries" tərəfindən 1953-cü ildə yaradılan Yapon avtomobil istehsalçısıdır. Subarunun yaradıcısı olan "Fuji Heavy Industries" şirkəti indi Toyota ilə dost şirkətdir. Toyota "Fuji Heavy Industries"-in 16.5% səhmini satın alıb.

Subaru

Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye avtomobil sənayesi
Məhsulları avtomobil, aviakosmos sənayesi[d][1]
Təsis tarixi 15 iyul 1953[1]
Struktur
İşçi sayı
  • 16.961 nəf. (31 mart 2022)[1]
Rəhbərlik
Təsisçilər
subaru-global.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Loqosu

Modellər[redaktə | mənbəni redaktə et]

  • Impreza
  • Legacy
  • Forester
  • Outback
  • STI
  • Tribe c
  • Vivio
  • Justy
  • BRZ
  • Impreza wrx sti

Tarixçə[redaktə | mənbəni redaktə et]

  • 1917 Chikuhei Nakajima “Aviasiya Tədqiqatlar Laboratoriya”sını qurdu (Daha sonra Nakajima Təyyarə Şirkəti və Fuji Sangyo Şirkəti)
  • 1946 Fuji Sangyo Şti. ilk Scooterini çıxardı.
  • 1949 Fuji Sangyo Şti. Yaponiyanın ilk Skeletsiz Monokok gövdəli arxadan motorlu avtobusunu çıxardı.
  • 1953 Fuji Heavy Industries Ltd.. (FHI) quruldu.
  • 1955 Rabbit Junior 125 cc Scooter tanıdıldı.
  • 1958 Subaru 360 Mini avtomobil tanıdıldı.
  • 1959 İlk Semi-decker avtobus tanıdıldı.
  • 1960 FHI Səhmlər Tokio Birjasına Kotirovka olundu.
  • 1961 Gunmadakı əsas fabrik tamamlandı. Sambar modeli tanıdıldı. Robin markalı EY-21 tipli mühərrik istehsalı başladı.
  • 1964 Əsas fabrikdə 1,6 km.-lik avtomatik montaj xətti tamamlandı.
  • 1965 Subaru 1000, Yaponiyanın ilk ardıcıl istehsal öndən çəkişli avtomobili tanıdıldı.
  • 1966 Subaru 1000, 4 qapı sedan tanıdıldı.
  • 1968 Subaru of America, Inc. New Jersey də quruldu. Subaru 360 Amerikaya İxrac edilməyə başlandı. Robin marka EY-18 tipi mühərrik istehsalı başladı.
  • 1969 Yajima fabriki qismən tamamlandı və fəaliyyətə keçdi. Subaru FF-1 1100 seriyası tanıdıldı. Subaru FF-1 1100 seriyası Amerikaya ixrac edilməyə başlandı. Subaru 3602-in yerini alan R-2 tanıdıldı.
  • 1970 Mini avtomobil istehsalı cəmi Bir Milyonu aşdı.
  • 1971 Subaru Leone kupe tanıdıldı.
  • 1972 REX tanıdıldı. Subaru Leone 4WD Station Wagon tanıdıldı.
  • 1975 Cəmi çıxarılan Subaru avtomobil sayı iki milyon ədədi aşdı.
  • 1976 Rex 500 və Sambar 500 silsilələri tanıdıldı.
  • 1977 Yeni Subaru Leone tanıdıldı.- Subaru Brat (MV)ın Amerikaya idxalatı başladı. R-1 tipi full-decker avtobus tanıdıldı.
  • 1978 Robin marka EY-18 tipi mühərrik istehsalı bir milyon ədədi aşdı.
  • 1979 Subaru avtomobilləri cəmi istehsalı üç milyon ədədi keçdi. Yenilənən Leone modeli tanıdıldı.
  • 1980 R3-tipi full-decker avtobus tanıdıldı.
  • 1981 Leone 4WD AT model tanıdıldı. Robin marka EY-15 və EY-20 tipi mühərriklərin istehsalına başlandı.
  • 1982 Leone 4WD Turbo AT modeli tanıdıldı.
  • 1983 Oizumi fabriki tamamlandı və istehsala keçdi. Subaru avtomobillərinin cəmi istehsalı beş milyon ədədi keçdi. Domingo tanıdıldı. İlk Yapon istehsalı iki mərtəbəli avtobus prototipi emal edildi və Tokyo Motor Show-da sərgiləndi.
  • 1984 ECVT inkişaf etdirildi. Justy tanıdıldı. Yenilənən Leone tanıdıldı. Subaru 4WD vasitələrinin cəmi istehsalı bir milyon ədədi keçdi. İlk yüksək tavanlı avtobus tanıdıldı.
  • 1985 Subaru Dizayn Mərkəzi tamamlandı. Subaru Alcyone (XT) tanıdıldı. Leone 3-qapı coupe tanıdıldı. Robin markalı mühərriklərin cəmi istehsalı on milyon ədədi keçdi.
  • 1986 Yeni ixracat əsası, H. B. C. Co.Ltd. tamamlandı. Ta Ching Co.Ltd., Tayvan mənşəli bir ortaq istehsal şirkəti Tayvan Vespa Co.Ltd. ilə ortaq olaraq quruldu Mərkəz Kilitli Diferensial Davamlı Dörd Təkərdən Çəkişli Leone 3-qapı kupe üzərində tanıdıldı. Yenilənən Rex tanıdıldı.
  • 1987 Subaru-Isuzu Automotive Inc. (SIA), ABŞ mənşəli ortaq istehsal şirkəti quruldu. İkinci Subaru binası Omiya şəhərində tamamlandı. Dünyanın ilk ECVTi Justyda istifadə edildi və tanıdıldı. Asterope gəzinti avtobusu Volvo ilə əməkdaşlıq ilə inkişaf etdirildi.
  • 1989 R&D şirkəti., Subaru Research Center Co.Ltd. quruldu. Gunma və Mitaka istehsal hissələrinin əməliyyatları birləşdirildi.
  • 1990 Legacy Safari Rallisi tarixində yarışı tamamlayan ilk Qrup N avtomobil oldu.,
  • 1991 ECVTin cəmi istehsalı 300,000 ədədi aşdı. Subaru SVX tanıdıldı.
  • 1992 Yerli Mini avtomobil istehsalını reallaşdırmaq üçün Çin Guizhou Havaçılıq şirkətinə texnologiya transferi üçün razılaşma imzalandı. Vivio tanıdıldı. Subaru 4WD avtomobil istehsalı cəmi 3 milyon ədədi aşdı. Subaru avtomobillərinin cəmi istehsalı 10 milyon ədədi aşdı. Impreza tanıdıldı.
  • 1993 Könüllü Ətraf Qoruma Planı qəbul edildi. Robin Amerika şirkəti quruldu. Legacy ilk WRC rallisini qazandı: Yeni Zellandiya Rallisi. Yenilenen Legacy tanıdıldı. Yenilənən Legacy, "Station Wagon"-lar üçün Dünya Sürət Rekordunu qırdı.
  • 1995 Fuji Heavy Industries Singapur şirkəti quruldu. Yeni istehsal mərkəzi Saitama da fəaliyyətə keçdi. FHI və SIA, ISO 9002 sənədi alaraq keyfiyyətlərini sübut etdilər. Subaru Sambar EV, Elektrikli Van Yaponiyada tanıdıldı. Legacy Outback, ABŞ və Yaponiya da tanıdıldı. Subaru Dünya Markalar və Sürücülər Çempiyonanatını qazandı.
  • 1996 2000 illəri üçün Ətraf Qoruma Planı inkişaf etdirildi. Yeni örtmə-təbəqəsi çıxartma sistemi sayəsində inkişaf etdirilən tampondan-tampona yenidən istifadə texnikası istifadə edilməyə başlandı. Subaru 4WD avtomobillərinin cəmi istehsalı 4 milyon ədədi aşdı. Subaru ECVT sisteminin cəmi istehsalı 1 milyon ədədi aşdı. Subaru Dünya Ralli Markalar Çempionluğunu 2-ci dəfə qazandı.
  • 1997 Subaru Forester tanıdıldı. Subaru Dünya Ralli Markalar Çempionluğunu ardıcıl 3-cü dəfə qazanan ilk Yapon istehsalçı oldu.
  • 1998 Subaru Forester S-Turbo tanıdıldı
  • 1999 Fuji Heavy Ind. ilə General Motors (GM) arasında ortaqlıq razılaşması imzalandı. Yeni Subaru Legacy Outback – Station Wagon tanıdıldı
  • 2000 yeni nəsil Legacy ardıcıllığı tanıdıldı Subarunun cəmi AWDli (Davamlı Dörd Təkərdən Çəkiş) istehsalı 5.000.000 ədəd oldu. Subaru Impreza ardıcıllığı tamamilə yenilənərək satışa təqdim edildi.
  • 2002 Subaru Forester ardıcıllığı tamamilə yenilənərək satışa təqdim edildi.
  • 2005 Toyota, çətin vəziyyətdə General Motors (GM) satışa çıxartdığı Fuji Heavy Industries hissələrini satın aldı. Beləcə Toyota Fuji Heavy Industriesin ən böyük səhmdarı oldu.
  • 2006 Toyota və Subaru Subarunun Şimal Amerikadakı avtomobil fabrikində yeni nəsil Camry üçün bir istehsal bantı yaradılması və 1000 işçi alınmasını da ehtiva edən bir razılaşma imzaladı.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 https://web.archive.org/web/20230331160925/https://www.subaru.co.jp/en/outline/profile.html.