Subaylar Günü

Subaylar Gününün tarixi

Subaylar Günü (çin. 光棍节) — yalnızlığı qeyd etmək məqsədilə Çində təsis edilmiş gün[1]. Hər il 11 noyabr tarixində qeyd edilir[1].

Subaylar Günü 1993-cü ildə Nankin Universitetində təsis edilib[1]. Belə bir günün təsis edilməsində əsas məqsəd yalnızlığı qeyd etməkdir[1]. Bu günün 11 noyabr tarixi olaraq xüsusi seçilməsi isə 11/11/xxxx tarixi ilə bağlıdır[1]. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix də Subaylar Gününün qeyd edilmə tarixi kimi seçilib[1].

Subaylar Günündə hər il böyük məbləğdə alış-veriş qeydə alınır. Xüsusilə də internet üzərindən həyata keçirilən alış-verişlər bu zaman daha çox olur. Buna görə də Subaylar Günü dünyada ən böyük alış-veriş festivalılarından biri kimi bilinir. Məsələn, "Alibaba" alış-veriş şirkəti 2017-ci ildə 1 milyard dollarlıq satışı 2 dəqiqə ərzində həyata keçirilmişdir. 2018-ci ildəki Subaylar Günündə isə 85 saniyədə 1 milyard dollarlıq sifariş alaraq yeni rekorda sahib olmuşdur[1].

  1. 1 2 3 4 5 6 7 85 saniyədə 1 milyard dollarlıq satış edildi — Yeni rekord. qafqazinfo.az, 11.11.2018  (az.)