Submədəniyyət (lat.sub — altında və cultura — mədəniyyət; mədəniyyətyanı) sosiologiya, antropologiya və kulturologiyadatermin — əksəriyyətin akademik mədəniyyətindən fərqlənən modern mədəniyyət, həmçinin bu mədəniyyətin daşıyıcıları. Submədəniyyət çoxluğun mədəniyyətindən öz dəyərlər sistemi, danışıq jarqonu, davranış mədəniyyəti və geyimi ilə fərqlənməyə çalışır.[1][2]. Milli, demoqrafik,ixtisas, coğrafi və digər əsaslar üzrə formalaşan submədəniyyətləri təsnifat edirlər.[3] Ən diqqəti çəkən isə gənclərə xas olan submədəniyyətdir.
↑Энциклопедия социологии / Сост. А. А. Грицанов, В. Л. Абушенко, Г. М. Евелькин, Г. Н. Соколова, О. В. Терещенко. — Мн.: Книжный Дом, 2003. — 1312 с. — (Мир энциклопедий)