Subotiça sinaqoqu

Subotiça sinaqoquSerbiyanın Subotiça şəhərində yerləşən macar modern tərzində sinaqoq. Bura Avropada ikinci ən böyük sinaqoqdur.[2] Sinaqoq Macarıstan krallığının (Avstriya-Macarıstanın bir hissəsi) rəhbərliyi dövründə, 1901–1902-ci illərdə Marsell Komor və Dezsö Yakabın daha kiçik və daha az işlənmiş köhnə sinaqoqun əvəz edilməsi ilə bağlı hazırladıqları plana əsasən tikilmişdir. Subotiça sinaqoqu modern üslubda tikilmiş ən yaxşı dini memarlıq nümunələrindən biridir.[3]

İudaizm
Subotiça sinaqoqu
Xeyir-duası 1901
Ölkə
Memarlıq
İnşa tarixi ? – 1903
Memarı Komor Marsell və Yakab Dezsö
Üslubu modern
Materialı kərpic
Hündürlüyü 40 m[1], 23 m[1]
Subotiça sinaqoqu xəritədə
Subotiça sinaqoqu
Subotiça sinaqoqu
Saytı
suboticasinagoga.rs
suboticasinagoga.rs/en
suboticasinagoga.rs/hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinaqoq 1974-cü ildə "mədəniyyət abidəsi", 1990-cı ildə isə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" təyin edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur.

Subotiça sinaqoqu dünyada qalan yeganə Macar modern üslublu Yəhudi ibadətgahıdır. 1901–1903-cü illər arasında 3000-ə yaxın şəxsdən ibarət olan firavan bir Yəhudi icması tərəfindən inşa edilən bu sinaqoq krallıqdakı macar-yəhudi kimliyini vurğulayır.

Sinaqoq əsasən Macarıstan və Serbiya hökuməti tərəfindən maliyyələşdirilən çox milyonluq təmir layihəsi ilə tam təmir edilmiş və 2018-ci ilin mart ayında açılmışdır.[4]

Yakab və Komor Subotiça sinaqoqunun inşası ilə Macarıstanda yeni bir sinaqoq memarlığı konsepsiyası yaratdılar. Əsasən günbəzi olan və ya günbəzsiz bir nef və iki koridorun yer aldığı bazilikaya bənzəyən dövr sinaqoqlarından fərqli olaraq, bu sinaqoq günbəzin zirvə nöqtəsində qızıl rəngə boyanmış, çadır formalı mərkəzi məkana sahibdir.

Bir çox digər sinaqoqlar yüngül quruluşlardan istifadə etsələr də, adətən ənənəvi tağları və sərdabələri təqlid edirlər. Bu sinaqoqun yeni üslubu yəhudilərin müasir quruluşunu və ümumilikdə müasirliyi nümayiş etdirir.

  1. 1 2 https://srbija-projektieu.rs/en/subotica-synagogue/.
  2. "Arxivlənmiş surət". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
  3. "Archived copy". 2008-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-14.
  4. "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.