Sufrilik

Sufrilik — xariciliyin təriqətlərindən biridir. Digər təriqət və məzhəblərdən fərqli olaraq, sufrilər dinsizlərin və xaricilərin təşkil etdiyi üsyanlarda fəal iştirak etməyən şəxslərin və onların ailə üzvlərinin qətlə yetirilməsinin əleyhinə çıxırdılar. Hər bölgənin öz imamı olmasını qəbul edən sufrilər Xilafətə qarşı mübarizə aparan, özünəməxsus ehkam və ayin, habelə siyasi tələblər ilə çıxış edən qüvvəyə çevrilmişdilər.[1]

  1. Fəlsəfə, Bakı, ""Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", 1997, səh. 395