Suhaee Abro

Suhaee Abro (d. 13 may, 1994, Kəraçi, Pakistan) — Pakistanlı rəqqas və aktrisa.

Suhaee Abro
Ümumi məlumatlar
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti xoreoqraf, aktrisa, theater artist[d], Kathak Dancer[d]

Suhaee Abro 13 may, 1994-cü il tarixində Pakistanın Kəraçi bölgəsində anadan olub. Anası Attiya Davud məşhur şairədir.[1] Atası Xuda Bux Abro onu dünyanın müxtəlif növ musiqiləri ilə tanış edib.[2] Abro onun klassik rəqs təlimlərinə 7 yaşından başlayıb. Müəllimi Şeema Kermani olub. İlk musiqili videosunu 8 yaşında çəkib.

O, rəqs sahəsində peşəkardır və klassik rəqslər üzrə təlim keçir. Suhaee televiziya tamaşaları, teatrları, sənədli filmləri və musiqili videolar çəkilməsində iştirak edir. 2013-cü ildə 1-ci Hum Mükafatı ilə təltif olunub.

2010-cu ildə quyruq sümüyündən travma alldığına görə əməliyyat olunur. Həkim Abroya rəqs etməməklə bağlı xəbərdarlıq edir. Bu səbəbdən də Abro səhnənin kənarında oturaraq sadəcə əllərini və üzünü tərpətməklə tamaşaçıların alqışlarını qazanırdı. Abroya yeniyetmə yaşlarında epilepsiya diaqnozu qoyuldu.

Bir çox musiqili kliplərdə çıxış edən Abro ilk solo çıxışını 2011-ci ildə edir. Kəraçidə T2F-də bu tədbir baş tutur.

Abro Bxaratanatyam üzrə ixtisaslaşmış, katxak və odissini də öyrənmişdi. Bu rəqs növləri klassik hind rəqsləridir. O həmçinin xareoqrafiya və sufi, xalq, müasir, o cümlədən də digər janrlarda olan klassik rəqsləri ifa edirdi. Abro Nritaal rəqs qrupunun yaradıcısı və rəqs direktorudur.[3]

Rəqs və xoreoqrafiyaları

[redaktə | mənbəni redaktə et]

2001-ci ildən etibarən Suhaee Abro bir çox tədbirlərdə çıxış edib. O tədbirlərdə əvvəlcə iştirakçı kimi çıxış etsə də, artıq 2010-cu ildən əvvəlcə rəcəb Əli Sayed ilə birlikdə Kəraçidə keçirilən tədbirdə, daha sonra 2011-ci ildə yaradılmasında pay sahibi olduğu Nritaal qrupu ilə birlikdə bir çox rəqslərə tərtibat vermişdir. 24 yaşı olmasına baxmayaraq artıq 17 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlamışdır.

İl Rəqsin keçirilməsi Xareoqrafiya və Prodüser Keçirildiyi yer
2001–2008 Klassik rəqs nümayişi Şeema Kermani Kəraçi
2008 Klassik rəqs gecəsi 'Cugalbandi Şeema Kermani Kəraçi
2006–2011 Balet rəqsi, 'Rəqs Karo' Fehmida Riazın poeziyası əsasında Şeema Kermani Kəraçi, Lahor, İslamabad
2008–2010 Balet rəqsi – Aaj Rung Hai Şeema Kermani Kəraçi, Lahor, İslamabad
2010 Başlanğıclarımıza qayıdış Suhaee Abro və Rajab Ali Sayed Kəraçi
2010 Qayıdışı olmayan nöqtə Suhaee Abro və Rajab Ali Sayed Kəraçi
2011–2012 Urraan Sey Pehley' (Uçuşdan sonra) 60 dəqiqəlik solo rəqs və musiqi performansı – feminist aşirə Attiya Davudun poeziyası əsasında Suhaee Abro Kəraçi
2011 Khusrau-i-Nasl-i-Nau' – Rəqs və musiqi performansı Sufi şair Həzrət Əmir Xosrovun əsərləri əsasında Suhaee Abro və Nritaal Kəraçi
2011 FAIZ yubiley tədbir proqramı Suhaee Abro və Nritaal Kəraçi
2013 Rəqs Mein Hai Sara Jahan – Dünya Rəqs gününün qeyd olunması ilə bağlı 2013-cü ildə keçirilən tədbir Suhaee Abro (Bəzi rəqs qrupları) Kəraçi
2015 Lisey məktəbində hər il keçirilən Urdu Dramı Suhaee Abro Kəraçi

2006-cı ildən etibarən filmlərdə rol almağa başlayan Abro aktrisa kimi də özünü sınamış və indiyə qədər 16 filmdə rol almışdır. 2014–2015-ci illərdə karyerasında qısa fasilə yaransa da son illərdə baş rolu ifa etdiyi Mənim saf yurdum filmi qadın mübarizliyini ifadə edən ən gözəl filmlərindən biri olmuşdur. Belə ki, Britaniyanın Pakistan əsilli kinorejissoru Sarmad Məsudun çəkdiyi bu filmdə o, baş rolda Nazo Dharejonu canlandırmışdır. Nazo Dharejo öz kişi qohumlarına qarşı təsərrüfat torpağını müdafiə etdiyinə görə "Pakistanın ən mübariz qadını" ünvanına sahibdir. O həm də Pakistan Müsəlman Liqası partiyası tərkibində aktiv siyasi fəaliyyət göstərir.[4]

İl Televiziya filmi Rolu Kanal
2006 Guddi Guddi Hum TV
2007 Shali Shali Hum Tv
2007 Amtul Ki Gali Maria Wasti's daughter ARY Digital
2008 Bhopal wali Bilquis Munni Hum TV
2009 Meri Beti Kaali Hum TV
2011 Sanjha Sanjha Hum TV
2012 Tum Mujh mein Zinda ho Nimra Bucha's teenage Express Entertainment
2012 Jashn ka Din Hai Insha Express Entertainment
2012 Anamta Anamta Hum TV (Not aired yet)
2012 Kis Mausam ki Talash Main Aashi Hum TV
2013 Mann Ke Moti Hina Geo TV(Not aired yet)
2013 Kitni Girrhein Baqi Hain Komal Hum TV (Not aired yet)
2013 Jannat Ki Jannat Jannat (Not aired yet)
2016–2017 Sang-e-Mar Mar Rakshi Hum TV
2017 Yaqeen Ka Safar Noori Hum TV
2017 Mənim Saf Yurdum Nazo
  1. "Evening of delightful dance". Dawn. 6 March 2011.
  2. ""Following A New Rhythm Of Her Own: Meet Pakistani Dancer And Actress, Suhaee Abro". Women's Web. 17 February 2016". 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2019.
  3. "Kamal, Nudrat (January 2012). "Profile: Suhaee Abro". NewLine". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
  4. "Chandio, Ramzan (5 April 2013). "PML-N women workers burst against 'nepotism' in selections". NAWAIWAQT GROUP OF NEWSPAPERS. The Nation". 22 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2019.