Sulfoduzlar

Sulfoduzlarminerallar, kimyəvi cəhətdən tioturşuların duzları, başqa sözlə oksigeni kükürdlə əvəz olunmuş oksigenli turşu duzlarının kükürdlü analoqları. Tioarsenitli H3[AsS3], tiostibiumlu H3[SbS3] və tiobismutlu H3[BiS3] turşuları duzlarının mineralları ayrılır. İzomorf qatışıqları Zn, Co, Te və b. Sulfoduzlar üçün ion və həmçinin kovalent kimyəvi rabitə səciyyəvidir. Sulfoduzlar əsas quruluş vahidi piramida, ya da tetraedr olan [SbS3]3-, [AsS4]3- və b. tipli radikallardır. Sulfoduzlar çoxunun quruluşu hələlik açılmayıb. Sulfoduzlar əksəriyyəti monoklinik və rombik sinqoniyalarda kristalaşır. Habitus iynəvari, prizmatik, nadir hallarda lövhəvari. Sulfoduzlar yarısından çoxu mükəmməl, ya da orta ayrılmaya malikdir; əksəriyyəti yüksək dərəcədə kövrəkdir. Müxtəlif rəngli və çalarlı; boz rəng üstünlük təşkil edir. Parıltı metallik, nadir hallarda almazı. Sərtliyi 2,5–4. Xüsusi çəki 3,6–8,8, adətən 5–7 arasında dəyişir. Qeyri-şəffaf. Bəzilərinin (tioarsenidlər) xırda qırıntıları zəif işıq keçirir. Sulfidlərə nisbətən sulfoduzlar işıqəksetmə qabiliyyəti aşağıdır. Çoxları üçün zəif ikiqat əksetmə və kəskin anizotropiya səciyyəvidir. Bəzi sulfoduzlar daxili reflekslər müşahidə olunur; adətən tünd qırmızıdır; arsenat duzlarında daha güclü olur. Sulfoduzlar hidrotermal şəraitdə, bəzən peqmatitlərdə və sulfid yataqlarının oksidləşmə zonasında əmələ gəlir. Səthəyaxın, az və bəzən orta dərinlik əmələgəlmələri üçün səciyyəvidir. Sulfoduzlar çoxu Ag, Sb, As, Pb-Zn, Ag-Sn və b. aşağı və orta temperaturlu yataqlarda rast gəlinir. Bəzi sulfoduzlar Ag, Pb, Cu, Bi, As filizləridir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.