Bu məqaləni vikiləşdirmək lazımdır. |
[1]Sulfolaşma reaksiyası – üzvi birləşmələrin molekuluna sulfoqrupun daxil etmə prosesinə deyilir.
Aromatik karbohidrogenlərin sulfolaşması reaksiyasında əsasən sulfat turşusu, oleum və SO3 – dən istifadə olunur. Sulfat turşusu ilə sulfolaşma prosesi dönən prosesdir:
Aromatik karbohidrogenlərin sulfolaşması aromatik nüvədə tipik elektrofil əvəzetmə reaksiyasına aiddir. Reaksiya həm buxar, həm də maye fazada həyata keçirilir (həlledicilər: SO2, ССl4 və s.). Reaksiya ilkin turşuda olan və sulfolaşma reaksiyası zamanı alınan su ilə tormozlanır. Güman edilir ki, aromatik nüvəyə birbaşa təsir edən agent SO2OH+ ionudur.
Sulfat turşusunun iştirakı ilə aparılan sulfolaşma prosesində əlavə məhsulların miqdarı çox az olur və əsasən də onun oksidləşdirici təsiri ilə müəyyən olunur.
Aromatik birləşmələrin oleumla reaksiyası iki mərhələdə baş verir. Birinci mərhələ artıq olan sulfat anhidridinin çevrilməsi baş verir.
Bu reaksiya dönməyən və yüksək ekzotermikdir. Onun istilik effekti oleumun qatılığından asılıdır və 20% –li oleum üçün 180 kCoul/mol təşkil edir. İkinci sulfolaşma mərhələsində sulfat turşusu iştirak edir. Sərbəst sulfat anhidridi ilə sulfolaşma dönməyən prosesdir və üzvi sintezin ən ekzotermiki reaksiyalarından hesab olunur
Aromatik karbohidrogenlərin oleumla sulfolaşma mərhələsi və onların sərbəst SO3 ilə reaksiyasının birinci mərhələsi karbohidrogenə SO3 – ün təsiri ilə aralıq p — və σ- komplekslərinin əmələ gəlməsi ilə baş verir. Reaksiya ArH və SO3 – ə görə birinci dərəcəli olub ani halda baş verir. Oleum və SO3 iştirakı ilə sulfolaşma prosesində sulfat turşusu iştirakı ilə sulfolaşma prosesindən fərqli olaraq çoxlu sayda yan reaksiyalar da baş verir. Bu agentlərin yüksək aktivliyi aromatik nüvəyə ikinci sulfoqrupun aşağıda göstərilən tipik sxem üzrə daxil olmasına imkan verir:
Oleum və SO3–iştirakı ilə sulfolaşma prosesində bir qədər də sulfonlar alınır:
Belə reaksiya benzolun sulfolaşması zamanı xüsusilə nəzərə çarpır, lakin alkilbenzollarla reaksiya zamanı bu reaksiya cüzi dərəcədə baş verir. Digər yan reaksiya sulfoturşu anhidridinin əmələ gəlməsi ilə gedir və onun çıxımı da SO3–ün artıqlığında artır.