Sultanı öldürmək (roman)

Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir.

Sultanı öldürmək
Sultanı Öldürmek
Müəllif Ahmet Ümit
Janr Roman (kriminal)
Orijinalın dili türk
Nəşriyyat Everest
Nəşr 2012
Səhifə 208
Tiraj 100.000

Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...

Obraz Rolu
Müştaq Serhazin Tarix professoru (Romanın baş qəhrəmanı)
Nüzhet xanım Müştaqın sevgilisi və tarix professoru
Komissar Nevzat Polis
Tahir Hakkı Bentli Tarix professoru
Sezgin Nüzhetin qohumuı
Akın Nüzhetin köməkçisi
Çetin Tahir Hakkının köməkçisi
Şaziye Müştaqın yaşayan tək qohumu
Erol Tahir Hakkının köməkçisi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]