Sultanəhməd həbsxanası — İstanbulda, Sultanəhməd meydanının şərq seqmentindəki sahədə yer almış köhnə həbsxana. Hal-hazırda "Four Seasons" hotel olaraq istifadə edilir.
Sultanəhməd həbsxanasının 1918-1919-cu illərdə memar Memar Vedat Tek tərəfindən inşa edilmişdir. 1845-ci ildə tikintisinə başlanan, sonradan ədliyyə olaraq istifadə olunan Darülfünun binasının yanında inşa edilmişdir.[1] Bayrampaşa həbsxanasının açılmasından sonra, 1969-cu ildə bağlanıldı. 1980-ci ildə İstanbuldakı cəza evlərindəki sıxlıq səbəbi ilə, Hərbi vəziyyət Komandanlığının istəyinə əsasən təkrar həbsxana halına gətirilmişdi və 1986-ci ilə qədər hərbi həbsxana olaraq fəaliyyət göstərmişdir.[2]
Bir daxili həyəti şərq-qərb istiqamətində əhatə edən iki əsas quruluşdan ibarət bina zirzəmi qatlar üzərinə oturur və qismən tək, qismən də iki mərtəbəli bir görünüş alır. Binanın qərb qanadının cənub ucuna 1788-ci ildə Nakşidil Sultan bulağı inşa edilmişdir. Min nəfərlik tutuma malik həbsxananın xarici hissəsində olduqca çox sayda çini istifadə edilmişdir və çinilər dövrün çini ustası Kütahyalı Hafiz Mehmed Emin tərəfindən düzəldilmişdir. Bina 1996-ci ildə bərpa edilərək hotelə çevrilibdir. Sultanəhməd həbsxanası başda məşhur şair Nazim Hikmət olmaqla Nəcib Fazil, Can Yücel, Əziz Nesin, Orxan Kamal, Kamal Tahir və Vedat Türkali kimi dövrün solçu müxalif yazar və aydınlarının həbs edildiyi bir həbsxana kimi də tarixə düşmüşdür. Onlar bu həbsxanada cəza çəkərkən bir çox əsərlər yazmışdılar.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |