Sultan İbrahim Hüseynzadə

Sultan İbrahim İsmayıl bəy oğlu HüseynzadəCümhuriyyət dövründə Milli Ordunun zabiti və "Müsavat"ın Təbriz qanadının lideri.

Sultan İbrahim Hüseynzadə
Sultan İbrahim İsmayıl bəy oğlu Hüseynzadə
Doğum tarixi
Doğum yeri Salyan
Vətəndaşlığı Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ

Sultan İbrahim Hüseynzadə 1897-ci il yanvarın 13-də Salyan şəhərində anadan olmuşdur. Əli bəy Hüseynzadənin qardaşı İsmayıl bəyin dörd oğlundan ən böyüyüdür.

Sultan Hüseynzadə 1918-ci ildə Kürüstü kəndlərimizi yağmalayan erməni daşnak silahlı qüvvələrinə qarşı döyüşlərdə türk ordusuna yardım göstərən Azərbaycan milli ordusunun sıralarında hərbi əməliyyatlara başçılıq edənlərdən biriydi.Kərrar stansiyası ətrafında gedən döyüşlərdə Qırmızı ordunun 3cü və 5-ci taborlarına qarşı savaşda türk zabiti Ramazan bəyə azərbaycanlı zabit Sultan Hüseynzadə kömək edirdi. Sultand bəy Hüseynzadə birinci Cavanşir süvari polkunda ikinci rotanın komandiri olmuşdu. Azər Turan özünün "Darülmöminin" kitabında Sultan İbrahim haqqında bunları qeyd edir: "1Süvari Cavanşir polkunun komandiri olan bir polkovnikin imzası ilə 1919-cu ilin 26 may tarixində tərtib olunmuş sənəddən öyrənmişəm ki, Sultan bəy Birinci Dünya Müharibəsi dövründə 1915-ci ilin 28 noyabrından 1918-ci il fevralın 9-na kimi Qafqaz cəbhəsində podporuçik, poruçuk və ştabs –kapitan rütbələrində hərbi istedadını nümayiş etdirmiş buna görə də dördüncü dərəcəli Müqəddəs Anna, üçüncü dərəcəli Müqəddəs Stanislav , üçüncü dərəcəli Müqəddəs Anna ikinci dərəcəli Müqəddəs Stanislav dördüncü dərəcəli Müqəddəs Vladimir ordenləri ilə (qılınc və bantları ilə birgə)təltif olunmuşdu. Xədicə xanım Qayıbovanın mənzili Sultan bəyin yaşadığı binadaydı.Sultan bəy Bakıda indiki Murtuza Muxtarov küçəsində (keçmiş Poluxin)Mirzə Fətəli döngəsindəki 16 saylı evdə yaşayırdı.Milli teatrın arxasında Şah döngəsindəki həmin evdə -milyonçu Aşurbəyovun evində sonralar Əli bəyin qardaşı İsmayıl Hüseynzadə yaşayıb"[1].

"Aprel çevrilişindən sonra taleyi məlum olmayan" Sultan Hüseynzadə Sovet ÇK-sının nəzarətə götürdüyü Azərbaycan Milli Ordusunun 141 zabitindən biriydi.Azərbaycanda Şura hökuməti qurulduqdan sonra sovet təhlükəsizlik orqanı tərəfindən "meşşan,türk,azərbaycanlı,realnı məktəbi bitirmiş,1915-ci ildə könüllü hərbi məktəbə daxil olmuş,Müsavit ordusunun poruçiki, Dünya müharibəsində iştirak etmiş,hərbi ordenləri olan" Sultan Hüseynzadə də təqibə məruz qalmışdı.Təqiblərdən qurtulub İrana mühacirət edən Sultan Hüseynzadə Musavat partiyasının Təbriz qanadının öncüllərindən biri olub.

Əli bəy Hüseynzadənin 1921-ci ilin 3 iyulunda Almaniyaya qardaşı oğlu Bəhrəm Hüseynzadəyə yazdığı məktubda Sultanın İstanbulda Əli bəygildə qonaq olduğu bildirilir.1924-cü ilin noyabrında isə Bəhram Almaniyadan Türkiyəyə əmisi Əli bəy Hüseynzadəyə yazdığı bir məktubda Sultanın Muğanda pambıq yığımında iştirak etdiyini bildirirdi.1925-ci ildə İsmayıl bəy Hüseynzadənin Əli bəyə yazdığı məktubdan isə məlum olur ki,həmin ilin yanvar ayında Sultan Hüseynzadə Şimali Qafqazda xidmət edib.

Müsavat Partiyasının xüsusi tapşırığı ilə 1931-ci ildə Azərbaycana yerləşməli olan Sultan Hüseynzadənin Muğana gəlişi Sovet QPU-su tərəfindən əngəllənmiş hətta siyasi idarə Sultan Hüseynzadənin öldürülməsini planlaşdırmışdı. 1920-ci illərdə siyasi dairələrdə fəaliyyəti dönə-dönə hallandırılan Hüseynzadənin adına bir də 1937-ci il repressiyası zamanı müxtəlif istintaq materiallarında rast gəlirik.Sultan bəy Bakıda indiki Murtuza Muxtarov küçəsində (keçmiş Poluxin)Mirzə Fətəli döngəsindəki 16 saylı evdə yaşayırdı. Sultan bəy ailə qurmayıb.Qohumlarının bildirdiyinə görə ,Sultan bəy həm də ticarətlə məşğul olub.Məmməd Sadiq o dönəmdə Sultan Hüseynzadə ilə birgə Müsavat Partiyası Təbriz qanadının liderlərindən biri idi və Sultan Hüseynzadə,eləcə də Təbrizdə yaşayan salyanlı müsavatçı Fətulla bəy kimi onun da fəaliyyəti Sovet dövləti tərəfindən diqqətlə izlənirdi.Sonuncu dəfə 1962-ci ildə İstanbulda dayısı Əzizin arvadı Səlma ilə görüşən Sultan özünün bütün varidatını dayısı arvadına miras buraxıb.Məzarı Təbrizdədir[2].

  1. Azər Turan (2012)."Darülmöminin", s. 255.
  2. Azər Turan (2012)."Darülmöminin", s. 254.