Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388[1], Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar.
Firuz şah Tuğluq | |
---|---|
| |
23 mart 1351 – 20 sentyabr 1388 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1309 |
Vəfat tarixi | 20 sentyabr 1388 və ya 1388[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Ailəsi | Tuğluqoğulları sülaləsi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372).
Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi. Səltənətinin son illəri qargaşa içində keçdi. Ölümündən qısa müddət öncə, III Qiyasəddin Tuğluq Şah adıyla nəvəsini taxta çıxardı.