Sultan Mehmed türbəsi — İstanbulda XVII əsrin əvvəllərində inşa olunan türbə.
Sultan Mehmed türbəsi | |
---|---|
41°00′28″ şm. e. 28°58′47″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | İstanbul |
Vikianbarda əlaqəli mediafayllar |
Aya Sofyanın həyətində, Sultan Səlim türbəsinin cənubunda yerləşən bu türbə Sultan III Mehmedin vəfatından (1603) sonra inşa edilmişdir. Türbənin inşası Sultan Əhməd dövrünün baş memarı Əhməd ağa tərəfindən 1604-cü ildə başlanmış, daha sonra isə Sədəfkar Mehmed ağa tərəfindən hicri 1017-ci ildə (1608/1609-cu ildə) tamamlanmışdır.
Səkkizbucaqlı planı olan bu bina qoşa gümbəzlə örtülüdür. Xaricdəki gümbəz divarlara, daxili gümbəz isə içəridə yerləşən 8 sütun üzərində yerləşir. Xaricdən bütövlükdə mərmərlə örtülü olan türbənin içərisi ikinci sıra pəncərələrə qədər çinilərlə bəzədilmişdir. Yazılı motivlərlə bəzədilən bu çinilər XVII əsrin əvvəllərinə aid İznik çiniləridir. Türbədə 17 məzar yeri mövcuddur. Türbədə dəfn olunanlar arasında adı bilinənlər isə bunlardır: