Sultan Murad türbəsi – İstanbulda XVI əsrin sonlarında inşa edilən türbə.
Sultan III Murad, ölümünün ardından 19 şahzadəsiylə birlikdə Aya Sofyanın həyətinə dəfn olunmuş, ardından oğlu III Mehmedin əmriylə baş memar Davud ağa tərəfindən məzarı üzərində türbəsinin inşası başlamışdır. Ancaq cənazələr dəfn olunarkən edilən yanlış səbəbilə padşahın məzarının mərkəzdə yerləşməsi üçün yan tərəfə əlavə divar hörülmüş, beləliklə türbənin inşası uzanaraq 1599-cu ildə Əhməd ağa tərəfindən tamamlanmışdır.
Altıbucaqlı plan üzrə inşa olunan türbə Memar Sinan stilində inşa edilmişdir. Türbədə III Muradla yanaşı, xanımı Safiyə Sultan, 20 şahzadəsi, qızları Fatma, Fəxriyə, Mihrimah və Mehriban Sultanla birlikdə digər 20 qızı, Sultan III Mehmedin iki qızı və üç şahzadəsi, I Əhmədin oğlu Şahzadə Qasım və Sultan İbrahimin adı bilinməyən bir oğlu ilə iki qızı – ümumilikdə 54 nəfərin dəfn olunduğu qeyd edilsə də, bu gün türbədə cəmi 50 məzar yeri mövcuddur.