Sultanbəy keçidi- Ağdam rayonunun Abdal və Gülablı kəndləri yaxınlığında qeydə alınmışdır.[1]
Bu oroqrafik obyekt XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizə aparmış, Zəngəzurda, Qarabağda daşnaqlara qarşı vuruşmuş məşhur Xalq Qəhrəmanı Sultan bəy Əlipaşa (Paşa) bəy oğlunun adı ilə əlaqədar yaranmışdır.[2][3]. Toponim Sultan bəyin buradan keçməsi ilə bağlıdır. Sultan ərəb mənşəli söz olub "hökmdar", "hakim", "dövlət başçısı" mənalarının verir.[4]