Dünyanın ən güclü Summit superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır. Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-nin bundan əvvəlki ən güclü superkompüteri – Titanın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.Summit sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir. Sistem 27 mindən çox “Nvidia Tesla V100” qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22 nüvəli "IBM Power9" prosessorundan istifadə edir. Summit superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8 min 100 evi enerji ilə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.