Sumqayıt bulvarı

Sumqayıt bulvarıSumqayıt şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 2016-cı ildə yaradılmışdır.

Sumqayıt bulvarı
Sumqayıt bulvarı, 9 iyul 2016-cı il.
Sumqayıt bulvarı, 9 iyul 2016-cı il.
Məlumatlar
Parkın tipi Bulvar
Yerləşməsi Sumqayıt, Azərbaycan
Yaradılıb 2016
Statusu ilboyu açıq
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin iyulunda Sumqayıta səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir:

"Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır".[1]

Ərazisi[redaktə | mənbəni redaktə et]

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir[2]. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da bulvarın əsas hissələrindən birini təşkil edir[1].

Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur[2].

Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Həmçinin bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də planlaşdırılır[2].

Bulvarda fəvvarə kompleksi, Bayraq Meydanı, Multikulturalizm abidəsinin də inşasına başlanılıb[2].

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]