Sunca

SuncaAzərbaycan Respublikasının Xocalı rayonununda çay. Xocalı çayının sağ qoludur. Qarabağ xanı Mehdiqulu xanın (1806-1822) saldırdiği Xankəndidə 1847-ci ildə çar hökuməti Sunca polkunu (polkun adı Rusiyadakı Terek çayının sağ qolu olan Sunca çayının adından yaranmışdır) yerləşdirmişdi. Polkun kazarmaları çayın kənarında idi. Çay həmin dövrdön polkun adı ilə adlanmışdır.[1]

Sunca
Ölkə  Azərbaycan
  1. Sunca // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.