Suprunovun villası

Suprunovun villasıRostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 79 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi taxıl tədarükçüsü və atçılıq firmasının sahibi İvan Aleksandroviç Suprunov olmuşdur. Suprunovun villası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].

Suprunovun villası
rus. Особняк Супрунова
Xəritə
47°13′28″ şm. e. 39°42′35″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Aleksandroviç Suprunovun villası XX əsrin əvvəllərində inşa edilmişdir. Bu binanın tikintisi ilə əlaqədar şəhər əfsanəsi vardır. Belə ki, Suprunov İtaliyaya səfəri zamanı Neapol küçələri ilə gəzməyi qərara alır (digər versiyaya görə Genuya şəhəri). Burada gözəl bir bina onu heyran qoyur. O, nəyin bahasına olursa olsun binanı almağı və Rostova aparmağı qərara alır. İlk əvvəl tacir evin sahibinə bu fikirlə müraciət etdikdə onun təklifi qəbul olunmur. Ancaq Suprunov o qədər pul təklif edir ki, evin sahibi razılaşır. Villanı hissələrə bölərək barjalara yükləyirlər. Binanın hissələri Rostov-na-Donu şəhərinə gətirilir. Rostova gətirdikdən sonra binanın bərpasını həyata keçirirlər. Buna şəxsən İvan Aleksandroviç Suprunov nəzarət edir. Belə fikirlərdə vardır ki, bu məlumatı Suprunov özü yaymışdır ki, öz bizbesinə diqqəti cəlb edə bilsin[2][3]. Digər versiyaya görə (Suprunovun qızının verdiyi məlumata görə) layihəni Suprunov 1910-cu ildə Bruseldə keçirilən Ümumdünya sərgisindən almışdır. Bina yerli materiallardan inşa edilmişdir.

Bina mərmərlə üzlənmişdir. Pəncərələri yarımsirkul quruluşa malikdir. Mərkəzi çıxışın ətrafı mərmərlə üzlənmişdir. Villanın ətrafı bağ idi. Bağda hovuz vardı. Rəsmi məlumatlarda binanın qiyməti 17 min rubl olaraq qiymətləndirilirdi. İvan Aleksandroviç Suprunov villada öz ailəsi ilə birlikdə yaşayırdı.

Sovet hakimiyyəti qurulduqdan sonra bina milliləmdirilmişdur. İvan Aleksandroviç Suprunov isə həbs edilmişdir. Bundan sonra isə onun haqqında hec bir məlumat alınmamışdır. Suprunovun villasında uşaq internatı yerləşirdi. Böyük Vətən müharibəsi zamanı bina ciddi dağıntılara məruz qalmışdır. Onun mərmər üzlüyü sökülmüş, daş ördüyü isə tamamən dağılmışdı. 1950-ci illərdə bina yenidən təmir olunmuşdur. Bu dəfə bina yaşayış binası kimi istifafə edilməyə başlanılmışdır. Əvvəlki görkəmdən ancaq alt mərtəbənin mərmər örtüyü qalmışdır.

  1. "Ростов-на-Дону (объекты культурного наследия регионального значения)". Официальный портал Правительства Ростовской области. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
  2. "Развенчание мифа". Деловой Ростов. İstifadə tarixi: 2013-11-04.[ölü keçid]
  3. Сергей Кисин. "Осколки прекрасного". rostov-dom.info. 2010-06-15. 2013-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-04.