Sur-e İsrafil

"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 19071908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal.[1]

Suri-İsrafil
Loqonun şəkli
Redaktor
Yaranma tarixi 1907
Dil fars dili
nbn-resolving.de/urn:nbn…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır.[1] Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər.

Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi.

Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı. "Dəmdəməki' isə "Dəmdəmi" ilə əvəz olunmuşdu. Cəlil Məmmədquluzadənin vətəndaşlıq cəsarətindən ilham alan, "Molla Nəsrəddin"in rəngarəng priyomlarından bol-bol bəhrələnən "Suri-İsrafil" İranda baş verən ictimai-siyasi hadisələri pamfletlər, felyetonlar vasitəsilə məharətlə əks etdirirdi.[2]

  1. 1 2 Ülviyyə Tahirqızı. Güney Azərbaycan mətbuatı Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. anl.az, 15.05.2014, "Xalq cəbhəsi" qəzeti, səh. 11  (az.)
  2. ""Suri- İsrafil"". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.