Surac Ədalət oğlu Sadıqov (d. 15 iyul 2001; Ağalıkənd, Biləsuvar rayonu — ö. 10 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.[1]
Surac Sadıqov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağalıkənd, Biləsuvar rayonu |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Ağalıkənd kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ Müharibəsi |
Təltifləri |
Surac Sadıqov 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır.
Surac Sadıqov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və 10 oktyabr 2020-ci il tarixində tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Şəhid Surac Sadıqov 11 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağalıkənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
<ref>
teqi;
:SM
adlı istinad üçün mətn göstərilməyib