Suraxanı Maşınqayırma Zavodu – Azərbaycanda maşınqayırma zavodu.
Suraxanı Maşınqayırma Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1923 |
Tabelik | AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ[1] |
Ştat sayı | 368 |
Ünvan | Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,S.Bəhlulzadə küçəsi 411, |
Rəhbərlik | |
Vahid Mahmudov [2] [3] |
Zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1923-cü ildə "Azneft" Birliyinin emalatxalarının bazasında yaradılmış[4] və 1925-ci ildə burada ştanqlı quyu nasoslarının istehsalı təşkil edilmişdir.1930-cu ildə zavoda F. Dzerjinski adı verilmiş, 1991-ci ildən isə Suraxanı maşınqayırma zavodu kimi fəaliyyət göstərir. Zavodun istehsal etdiyi məhsulların nomenkulaturasına ştanqlı quyu nasosları, silfonlu qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu tros alətləri, quyu kameraları, hidrostatik qumtəmizləyici qurğular, qaz-qum lövbərləri, boru ştaqlı nasos qurğuları və onların ehtiyat hissələri daxildir. Zavodun mövcud istehsal gücü, texniki və texnoloji imkanları, normativ sənəd bazası normal və mürəkkəb (abraziv, böyük miqdarda qaz və mexaniki qarışıqlar olan mühitdə) istismar şəraitləri olan AZS və API 11 AX standartlarına müvafiq bütün ölçü və icralı ştanqlı dərinlik nasosları və digər neft-mədən avadanlıqlarını layihələndirməyə, istehsal etməyə və zəmanətlə sifarişçilərə göndərməyə imkan verir. Zavodda həcmi azotlaşdırma, detalların xarici işlək səthinə bərklik vermək üçün qazotermik püskürmə yolu ilə metal tozu vasitəsilə örtülməsi kimi texnologiyalar tətbiq edilir, müasir sınaq laboratoriyası fəaliyyət göstərir. 2004-cü ildən zavodda İSO Beynəlxalq standartı fəaliyyət göstərir və ştanqlı quyu nasosları Amerika Neft İnstitutunun APİ Spec 11 AX Monoqrammı əsasında istehsal olunur.