Surinam futbolu

Surinam futbolu rəsmi səviyyədə Surinam Futbol Federasiyası tərəfindən idarə olunur. Federasiya milli futbol komandasını və milli liqanın təşkil edilməsinə nəzarət edir.[1][2][3]

Niderland Qvianasında (1975-ci ilə qədər bu ölkənin adı belə olub) futbol oynamağa hələ XX əsrin əvvəllərində başlayıblar.1924-cü ildə Qviananın birinci çempionatı baş tutub. Qalib adını hazırda mövcud olmayan "Olimpiya" qazanıb. İkinci dünya müharibəsi zamanı çempionat keçirilməyib. Ancaq həmin vaxt sonradan Qvianada əsas futbol instansiyasına çevrilən Hərbi Futbol İttifaqı yaradılıb. Müharibədən sonra Qviana Futbol İttifaqı da özünə gəlir və ölkədə birdən-birə iki çempionat keçirilməyə başlayır. Amma mövcud olan klubların əksəri hərbi ittifaqa tərəf yön aldı, yalnız "Leo Viktor" mərkəzi rol oynayırdı. 1949-cu ildə bu komandanın rəqibi qalmadı və iki futbol ittifaqının birləşdirilməsi haqda tarixi qərar qəbul edildi. Paramaribonu təmsil edən "Robin Qud" və "Transvaal" Qviana-Surinam futbolunun nəhəngləridi. Nağıllar qəhrəmanının adını daşıyan klub 23, "Trans"lar isə 19 dəfə ölkə çempionu olub. Ancaq son zamanlar bu iki paytaxt nəhəngi bir az kasıblayıb və geriləyiblər. "Ağ-yaşıl" "Transvaal" sonuncu dəfə 2000-ci ildə, "Robin Qud" 2005-ci ildə birinciliyi bayram edib. Son illər ərzində pulu çox olanlar lider mövqelərə çıxıb. Məsələn, Munqatapunun "İnter"i 2007 və 2008-ci illərdə çempion olub, son qələbə isə 2009-da "Uokinq But Kompani"nin adına yazılıb. Bu, sonuncuların 2004 və 2006-cı illərdə qazandığı iki çempionluqdan sonra üçüncü belə uğurudu. Surinamın coğrafi baxımdan Cənubi Amerikasında yerləşməyinə baxmayaraq, Şimali Amerika zonasında – KONKAKAF-da yarışır. Eynilə Fransa Qvianası və Qayanada (sabiq Böyük Britaniya Qvianası) olduğu kimi. Tarixən belə olub. Cənubi Amerikalılar birdən-birə üç Qviananı özlərinə qəbul etmək istəmədilər. Bu səbəbdən də onlar "rezin" KONKAKAF-a müraciət etməli oldular.

Təyyarə qəzası

[redaktə | mənbəni redaktə et]

Surinamın tarixindəki ən məşhur hadisə isə 1989-cu il faciəsidir. Həmin vaxt Surinam yığması və Hollandiyada çıxış edən surinamlılar arasında qarşılaşma planlaşdırılmışdı. Amsterdamdan Paramariboya Hollandiya yığmasında çıxış etməmiş yetərincə tanınmış futbolçulardan təşkil olunmuş komanda yollanıb. Təyyarə pilotlarının səhvi aviaqəzaya səbəb olur. Göyərtədə olan 186 nəfərdən yalnız 11-i sağ çıxır. 18 futbolçudan 15-i həlak olur, 3-ü isə həyatının qalan hissəsini əlil kimi keçirməyə məcbur olur. Ən maraqlı fakt isə bu qəzada iştirak etməyən birisi haqdadı. Məşhur holland futbolçu Denis Berqkampın aerofobiya – təyyarələrdə uçmaq qorxusu bütün dünyada məşhurdu. Bilin ki, tanınmış "uçmayan hollandiyalı" ləqəbli bu oyunçunun belə xəstəliyinə bir nömrəli səbəb məhz bu qəza olub. Həlak olan futbolçuların bir çoxunu yaxından tanıyan Berqkampın böyük üzüntü keçirdiyi və bundan sonra bir daha təyyarəyə minmədiyi deyilir.

FİFA-nın reytinqində bu milli hazırda 115-ci yerdədir. Reytinqdə Surinamın ən yüksək göstəricisi 84-cü, ən pis göstəricisi isə 168-ci pillədi.

Məşhur futbolçular

[redaktə | mənbəni redaktə et]

Qeyd: Qurum Hollandiyaya gedən futbolçuların millinin şərəfini qorumaq hüququnu əlindən alıb. Bu səbəbdən də yuxarıda sözügedən bir çox futbolçu Surinamdan kənar düşməli olub.

  1. Billingham, Neil. "How Holland became the Brazil of European football". Sabotage Times. 2010-07-05. 2014-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-12.
  2. WSC Daily. "When Saturday Comes - The influence of Suriname on Holland's great teams". 26 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 October 2014.
  3. "Kicking the Ball to Holland". 28 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2014.
  • "Hollandların "çörək ağacı"nın bitdiyi yer", "Komanda" qəzeti, 18-24 oktyabr 2009, № 54 (89), səh. 14.