Susqunlar çölü (fin Hiljainen kansa - azərb. Susqun insanlar) — Finlandiyanın şimal-şərqində, kiçik Suomussalmi şəhərciyindən bir neçə 30 kilometr ərazidə insan müqəvvaları ilə doldurulmuş böyük bir ərazi.[1]
Bu layihənin rəhbəri yerli rəssam Reyo Keladır.[1] O, belə bir işini ilk dəfə 1988-ci ildə paytaxtın şəhər ətrafı ərazilərindən birində yaratmışdır.[1] 6 ildən sonra - 1994-cü ildə bu layihəni Helsinkidə Senator meydanına təqdim edir.[1] Elə həmin ildə də müqəvvalar hazırkı əraziyə köçürülür və bu günə qədər orada qalmaqdadır.[1]
Buradakı müqəvvaların ümumi sayı minə yaxındır.[1] Bu müqəvvalar günün başlanğıcında dəhşətli görünsə də, hər şey sonradan dəyişir.[1]
İldə iki dəfə könüllü şəxslər bu müqəvvaların geyimlərini dəyişirlər.[1]