Suuçtu şəlaləsi

Suuçtu şəlaləsi — Türkiyənin Bursa vilayətinin ərazini içməli su tələbatını ödəyən şəlalə.[1]

Suuçtu şəlaləsi
Yerləşməsi
39°54′00″ şm. e. 28°22′48″ ş. u.
Ölkə
Suuçtu şəlaləsi xəritədə
Suuçtu şəlaləsi
Suuçtu şəlaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suuçtu şəlaləsi Türkiyənin Bursa vilayətinin Mustafakemalpaşa şəhərindən 18 km aralıda yerləşən və bu ərazinin su tələbatını ödəyən 38 metr hündürlükdə qayalardan axan şəlalədir. Şəhər mərkəzinə məsafəsi 101 km-dir.[2] Qranit metamorfik qayaların üzərindən axan şəlalənin hündürlüyü 464 m-dir. Bundan əlavə, şəlalədən 5 km. aralıda 3 kiçik təbii şəlalə yerləşir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Şəlalənin ətrafında fıstıq, palıd və şam ağacları olduğuna görə bu ərazi məşhur istirahət yeridir.[3] Fevral-mart aylarında daha bol axır. Qışda şəlalənin eni 30 m, daşqın zamanı 50 m. çatır.

Tamamilə gölə düşən şəlalə qayalara çırpılır və suyu çox böyük hündürlüyə sıçrayaraq ağacların arasından keçərək qarşısındakı enən yamaclara doğru axır.

2011-ci il iyulun 11-də Təbiət Parkı kimi turizm zonası elan edilib. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi Təbiəti Mühafizə və Milli Parklar Baş Müdirliyi tərəfindən qorunur. Suuçtu Təbiət Parkı yerli və xarici turistlərin böyük marağına səbəb olan təbiət möcüzəsi olan ekopark ərazidir.[4]

  1. "Arxivlənmiş surət". 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.
  2. "Arxivlənmiş surət". 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.
  3. "Arxivlənmiş surət". 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.
  4. https://web.archive.org/web/20200726112807/http://www.mootol.com/Yazi2431/suuctu-selalesimustafakemalpasabursa