Suvorov abidəsi (Rostov-na-Donu)

Suvorov abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə rus sərkərdəsi, general Aleksandr Vasileviç Suvorovun şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Anatoli Andreyeviç Sknarindir. Abidə 1999-cu ildə quraşdırılmışdır.

Suvorov abidəsi
Xəritə
Ölkə Rusiya
Yerləşir Rostov-na-Donu
Tikilib 1999
Material monumental heykəltəraşlıq

Ünvan: Rostov-na-Donu Univerditetski xiyabanı ilə Suvorov küçələrinin kəsişdiyi ərazi.

Aleksandr Vasileviç Suvorov 177-ci ildə Önazov Kuban korpusunun komandanı təyin edilmişdir. Kubana gedən yol Müqəddəs Dmitri Rostov qalasından keçirdi. Bu qala isə öz dövrünüün əsas rus bazalarından biri hesab edilirdi. Kubana gəlməsinin üç ayı müddətində əlverişli idarə sistemini hazırlamış və qalanı möhkəmlədərək müşmən üçün əlçatmaq hala gətirtmişdir. Kuban çayının sağ sahili boyunca dörd. Dmitri Rostovski istehkan hazırlanmışdır. Müqəddəs Dmitri Rostovski qalasından Kubana qədər stanisalar təşkil edilmişdir. Bu isə müdafənin güçlənməsinə səbəb olmuşdur.

İkinci dəfə Suvorov Dona 1782-ci ildı ailəsi ilə birlikdə gəlmişdir. Bu dəfə isə o, Müqəddəs Dmitri Rostovski qalasında hərbi qərsrgahda yerləşmişdi. Gələcək əmrləri gözləyərək o, burada uzun zaman yaşamışdır.

II Yekaterinanın əmri ilə Aleksandr Vasileviç Suvorov Krımlı erməniləri Domna köçürmüşdür. Nəticədə burada Naxçıvan-na-Donu şəhəri, Azov, Sultan-Salı, Nesvetay və Çaltır kimi kəndlər salınmışdır.

1999-cu ildə Rostov-na-Donu şəhərində Aleksandr Vasileviç Suvorovun şərəfinə abidə ucaldılmışdır. Abidə Rostov-na-Donu şəhəri Univerditetski xiyabanı ilə Suvorov küçələrinin kəsişdiyi ərazidə yerləşir. Abidənin müəllifi Anatoli Andreyeviç Sknarindir.

Aleksandr Vasileviç Suvorovun abidəsi büstən ibarətdir. Şəhərdə Aleksandr Vasileviç Suvorovun şərəfinə abidədə vardır. İkinci abidə 18 may 2011-ci ildə hazırlanmışdır. Abidənin müəllifi Anatoli Dementev olmuşdur. Abidə "Lisey № 27"[1] qarşısında ucaldılmışdır.

  • Агуренко Б. Александр Суворов, гениальный полководец/ Б. Агуренко// Вечерний Ростов.- 2002.- 4 февр.-С. 2.
  • Бормотов В. "Потомство мое прошу брать мой пример"/ В. Бормотов// Резонанс.- 1999.- № 10.
  • Вартанов Э. Он был необъяснимым чудом/ Э. Вартанов// Наше время.- 2010.- 22 янв.
  • Корольченко А. В крепости Ростовской/ А. Корольченко//Приазовский край.- 1993.- 19 авг.
  • Рудик Ю. Из фельдмаршалов – в генералиссимусы/Ю. Рудик// Вечерний Ростов.-1999.- 1 марта.
  • Чеботарев В. Александр Суворов на Дону и Северном Кавказе/ В. Чеботарев// Приазовский край.- 2005.- 24 нояб.
  1. "В Ростове появится бюст Александра Суворова". 2017-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.