Suxoy Su-29

Suxoy Su-29 (rus. Сухой Су-29), Suxoy şirkəti tərəfindən istehsal edilmiş Rusiya akrobatik təyyarəsdir. Təyyarə, Su-26 təyyarələrinin baza modelinin üzərində yaradılmış və iki nəfərlik olduğu üçün çəkisi 60 kq artmışdır. Su-29 təyyarələri pilotların akrobatik təlimləri, uçuş təlimləri, pilotların akrobatik yarışları və aviasiya şoularında iştirak etmək ilə yanaşı, həm də hərbi və mülki pilotların uçuş qabiliyyətlərinin təkmilləşdirilməsi işlərində də, istifadə edilirlər.

Suxoy Su-29
İstehsalçı Suxoy[d]
İlk uçuş 1991
İstismarçılar
Baza modeli Suxoy Su-26
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Modifikasiyaları

[redaktə | mənbəni redaktə et]
Model Qısa xarakteristika, fərqləri
Su-29KS SKS-29 (1994) katapult oturacağı ilə təmin olunmuş sınaq modeli
Su-29M SKS-29 Katapult oturacağı ilə təmin olunmuş seriyalı istehsal olunan model
Su-29AR Argentina Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş versiya

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ekipaj: 2

Uzunluq: 7.32 m

Qanad enliliyi: 8.2 m

Hündürlük: 2.87 m

Qanad sahəsi: 12.24 m²

Boş çəkisi: 760 kq

Maksimum yükgötürmə qabiliyyəti: 1,100 kq

Mühərrik: 1 ədəd Vedeneyev M14P doqquz silindrli Ulduz tipli mühərrik

Suxoy Su-31

Suxoy Su-26