Suyun bitki orqanizmində hərəkəti

Suyun bitki orqanizmində hərəkəti — suyun bitkidə hərəkətinə təsir edən amillər[1].

Haqqında[redaktə | mənbəni redaktə et]

Kökün cavan hissələrinin ən kənar təbəqələrindəki hüceyrələrə torpaqdan osmotik təzyiqlə su daxil olub apoplast ilə hərəkət edir. Torpaqda su bir neçə formada olur, lakin bitkilər onlarin hamsını mənimsəyə bilmir. Belə su formalarindan suxurların tərkibində olan su bitkilər tərəfindən alına bilmir, torpaq kolloidlərindəki hidratlaşma suyu daha çox möhkəm birləşdiyindən mənimsənilmir. Lakin torpaqdakı məsamələrdə olan və kapillyyar suyu adlandırılan su bitkilər tərəfindən asanliqla mənimsənilə bilir. Bunun üçün bitkilər, hər şeydən əvvəl, torpağın sorucu qüvvəsini aradan qaldırilmalıdır. Bu qüvvə, potensial şişmə, osmotik təzyiqlərin cəmindən ibarətdir. Torpaq quruduqca,onun sorucu qüvvəsi artır. Çox hallarda 5atm-dən az olduğu halda şoran torpaqlarda bəzən 30 atm-dən də böyük olur. Alçaq temperaturda suyun udulması və bitkilərdə hərəkəti çətinləşir. Bu halda suyun özlülüyü dha da artır,protoplazmanın keçriciliyi isə nisbətən azalır[1].

Hərəkəti[redaktə | mənbəni redaktə et]

Suyun bitkilərin gövdəsi ilə yuxarıya qalxması, yarpaqlara doğru hərəkəti məsələsinin təxminən 250 ildən çox öyrənilməsinə baxmayaraq, bu sahədə hazırda bəzi problemlər həll olunmamış qalır. Müəyyən edilmişdir ki, suyun udulması və onun bitkilərdə hərəkəti aşağdaki iki amilin təsiri sayəsində əldə edilir:

  1. kök təzyiqi
  2. transpirasiyanın sorucu qüvvəsi

Kök təzyiqi[redaktə | mənbəni redaktə et]

Transpiryasiyanın olmadığı və ya zəif olduğu hallarda bitkilərin ötürücü borularının izafi təzyiq müşahidə olunur. Belə təzyiq kök təzyiqi adlanır və onu bitkilərin yerüstü zoğunu kəstikdə görmək mümkündür. Kəsilmiş sahələrdə şirə ifraz olunur, buna bitkilərin ağlaması deyilir. Bitkilərin kök təzyiqi eyni deyildir(adətən 1atm-dən az). Nadir hallarda kök təzyiqinin qiyməti 2.5atm-dən böyuk olur. Kök təzyiqi transpiryasiya olmayan hallarda mühüm əhəmiyyət kəsb edir və ancaq transpirasiya cərəyanın, ionların kök qabığından ötürücü borulara metabolik daşınmasından geri qaldığı zaman meydana çıxır[1].

Quttasiya[redaktə | mənbəni redaktə et]

Ona görə də, kök təzyiqi dolayı yolla da olsa, enerji sərf olunması tələb edir. Bir sıra narkotiklər, anaerob şərait , həmçinin də tənəffüs ingibitorları kök təzyiqini aradan qaldırır. Gövdəsi kəsilməyən bitkilərdə də suyun damla formasinda çıxmasını müşahidə etmək mümkündür. Buğdanın cavan cücərtiləri şüşə qalpaq altında saxlanırsa, qısa müddətdən sonra, onların yarpaqlarının ucundan maye damlaları çıxır. Bu hadisə quttasiya, yarpaqlardan xaric olunan maye isə-quttasiya şirəsi adlanır. Təbii şəraitdə quttasiya bitkilərdə buxarlanmanın çətinləşdiyi hallarda əmələ gəlir[1].

Kogeziya[redaktə | mənbəni redaktə et]

Su kökün ötürücü borularina catmazdan əvvəl, kök telləri tərəfindən udulur və canlı parenxim hÜceyrələrindən mürəkkəb yol keçir. Udulan su tərkibində həll olmuş maddələrlə birlikdə ksilemanin ölü hüceyrələri ilə hərəkət edir. Ksilemanın esası ötürücu borular və traxeidlərdən ibarətdir. Ksilema vasitəsi ilə suyun bitkinin daha yüksək yerlərə verilməsinə su molekulari arasinda ilişmə qüvvəsi(kogeziya) təsir göstərir. Məlumdur ki, ən böyük ağacın hündürlüyü 140 m-dən çox olmur. Beləliklədə su molekuları və ötrücü borular arasında ilişmə qüvvəsi(adgeziya) ilə birlikdə, kogeziyada bitkilərdə fasiləsiz su stunun əmələ gəlməsində böyük rol oynayır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Nemət Qasımov. Bitki Fiziologiyası. Bakı: Bakı Universiteti. 2008. səh. 328-329.