Suzan Kahramaner

Suzan Kahramaner (21 may 1913 - 22 fevral 2006) - Türkiyənin ilk qadın riyaziyyatçılarından biridir. İstanbul Universitetinin məzunu olduqdan sonra doktoranturaya daxil olmuş və prof.Kerim Erimdanışman onun elmi rəhbəri olmuşdur. Avropanın bir çox universitetlərində müxtəlif tədqiqatlar aparmış və 1968-ci ildə professor adına layiq görülmüşdür. 2006-cı ildə vəfat etmişdir.

Suzan Kahramaner
türk. Suzan Kahramaner
Doğum tarixi
Doğum yeri Üsküdar
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri İstanbul
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi
Elmi adı professor
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Suzan Kahramaner Müzeyyen xanım və cərrah Rıfkı Osman Bəyin qızıdır. O 1913-cü ildə İstanbulun Üsküdar bölgəsində anadan olmuşdur. Orta məktəbi 19119-1924-cü illərdə Moda Nümunəsi İnas məktəbinə gedir. Bundan sonra o Notr-Dama Siona sənədlərini göndərir və 1934-cü ildə Fransada bakalavr dərəcəsi alır. Sonradan İstanbul Universitetinə daxil olur. Burada fizika və riyaziyyat üzrə təhsil alır. 1933-cü ildə Adolf Hitlerin iqtidarı artdığı üçün o alman alimlərdən təhsil alır. Bunlar Prof. Dr. Richard Von Mises, Prof. Dr. Hilda Geiringer ve Prof. Dr. William Prage və başqaları idi. 1939-cu ildə universiteti riyaziyyatastronomiya ixtisası üzrə bitirir. 1934-cü ildə doktoranturaya daxil olur və riyaziyyat üzrə müdafiə edir.

1943-cü ildən İstanbul Universitetində riyaziyyatdan analiz I və analiz II fənlərindən dərs deyir. 1957-ci ildə Sürixə gedir. Həmin ilin avqustunda Edinburqa Beynəlxalq Riyaziyyatçıları Konqresində iştirak edir. 1958-ci ildə İstanbul Universitetinə qayıdır.

1962-ci ildə Stokholmda Beynəlxalq Riyaziyyatçılar Konqresində iştirak edir. Bundan sonra sentyabr və oktyabrda Helsinki Universitetində çalışmağa başlayır. 1966-cı ildə Rusiyada Beynəlxalq Riyaziyyatçılar Konqresində iştirak edir. 1968-ci ildə professor adını alır.1970-ci ildə London, Paris, SürixNitsa gedir. 1978-ci ildə İstanbul Universitetinin Riyaziyyat fakültəsinə sədr seçilir. 40 illik iş stajından sonra təqaüdə çıxır. 22 fevral 2006-cı ildə 92 yaşında vəfat edir[1] [2].

  • Sur les fonctions analytiques qui prénnent la meme valeur ou des valeurs données en deux points donnés (ou en m points donnés), Revue de la faculté des sciences de l'université d'Istanbul, Série A, Vol. 20, 1955.
  • Ein verzerrungssatz des argumentes der schlichten funktionen, (with Nazim Terzioglu) Revue de la faculté des sciences de l'université d'Istanbul, Série A, Vol. 20, 1955.
  • Über das argument der anlytischen funktionen, (with Nazim Terzioglu) Revue de la faculté des sciences de l'université d'Istanbul, Série A, Vol. 21, 1956.
  • Sur le comportement d'une représentation presque-conforme dans le voisinage d'un point singulier, Revue de la faculté des sciences de l'université d'Istanbul, Série A, Vol. 22, 1957.
  • Sur les applications différentiables du plan complexe, Revue de la faculté des sciences de l'université d'Istanbul, Série A, Vol. 26, 1961.
  • Sur les coefficients des fonctions univalents, Revue de la faculté des sciences de l'université d'Istanbul, Série A, Vol. 28, 1962.
  • Modern Mathematical Methods and Models Volume I: Multicomponent Methods (A Book of Experimental Text Materials), (Translation from The Dartmouth College Writing Group; E.J. Cogan, R.L. Davis, J. G. Kemeny, R.Z. Norman, J.L. Snell and G.L. Thompson) Malloy Inc., Ann Arbor, Michigan, ABD, 1958.
  • Sur l'argument des fonctions univalentes, Revue de la faculté des sciences de l'université d'Istanbul, Série A, Vol. 32, 1967.

Suzan Kahramaner Türkiyədə keçirilən müstəqilliyin 75-ci il dönümündə mükafata layiq görülmüşdür.

  1. Aygündüz, Filiz (Ağustos 2013). "Suzan Hoca". Milliyet. 21 Mayıs 2017 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 8 Mayîs 2017.
  2. "Türkiye'nin İlk Kadın Matematikçilerinden olan Suzan Kahramaner'in 100.Yaş Günü Kutlandı.". Işık Üniversitesi. 17 Ekim 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 8 Mayıs 2017.