Svetlana Makaroviç (sloven. Svetlana Makarovič; 1 yanvar 1939, Maribor) — Yuqoslav və sloven şair, yazıçı, publisist, aktrisa, öz mahnılarının ifaçısı. "Sloveniya Şeirinin birinci xanımı" olaraq tanınır[1]. O, asi və müstəqil qadınların hekayələrini izah edərək Sloveniya folklorundan borc alması ilə də tanınır[2].
Svetlana Makaroviç | |
---|---|
sloven. Svetlana Makarovič | |
Doğum tarixi | 1 yanvar 1939 (85 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, müğənni, aktrisa, şair, uşaq ədəbiyyatı yazıçısı, teatr aktrisası, illüstrasiyaçı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Svetlana Makaroviçin anası qatı katoliklər ailəsindən idi. Buna görə döyüşçü ateistlə evləndikdən sonra valideynləri onu bütün miraslarından məhrum etmişdir. Müharibədən sonrakı çətin şəraitdə oxuyarkən Svetlana rus dili və fortepiano dərsləri istisna olmaqla bir çox məktəb fənində müvəffəq ola bilmir. Yeniyetmə ikən incəsənət məktəbinə daxil olur, lakin qısa müddətdə akademik uğursuzluğa görə oradan qovulur. Daha sonra Lyublyanada tərbiyəçi kimi təhsil alır və zehni qüsurlu uşaqlar üçün internat məktəbinə göndərilir. Ancaq oradan qaçaraq belə qərara gəlir ki, onun heç öz həyatı olmayacaq.
Markoviç ilk şeirlərini on yeddi yaşında yazır. 18 yaşında psixologiya öyrənməyə başlayır, ancaq valideynləri boşandıqdan və kafelərdə, kurort otellərində çıxış edərək pul qazanmağa başladıqdan sonra bu sahəni tərk ediri. 20 yaşında nişanlanır, ancaq toydan bir az əvvəl qaçır. Bir müddət öz etirafı ilə "küçə pişiyi kimi" gəzərək yaşayır. 1964-cü ildə Makaroviç ilk şeirlər toplusunu olan «Sumrak» nəşr etdirir. Bundan sonra Svetlana özündən 10 yaş böyük olan şair və dramaturq Qreqor Strnşey ilə fırtınalı bir romantikaya başlayır. Buna baxmayaraq olduqca acınacaqlı bir həyat tərzi sürməyə davam edir, Qreqorun gətirdiyi teatrın pərdə arxasında yaşayır, 1968-ci ildə tamaşada dram yazmasına kömək edir. Lakin tərəfsiz olduğundan Makaroviç aktyorluq istedadını göstərmək üçün daha çox şans qazanmır.
Svetlana Makaroviç bir müddət Avstriyanın Qrats şəhərində yaşayır. Burada tanış olduğu slavyan tədqiqatları professoru tərəfindən dəvət edilir. Orada öz mənzilinə pul qazanmağa çalışaraq, səyahət edənlərə sloven dilini öyrətdir. Tələbələrlə radio şouları verir, filmlərdə rol alır.