Svetlana Velmar-Yankoviç (serb. Светлана Велмар-Јанковић d. 1 fevral 1933[1], Belqrad – 9 aprel 2014[1], Belqrad) — Serb əsilli yazıçı.
Svetlana Velmar-Yankoviç | |
---|---|
serb. Светлана Велмар-Јанковић | |
Doğum tarixi | 1 fevral 1933[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2014[1] (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | jurnalist, literary editor[d], yazıçı, esseist, redaktor |
Üzvlüyü |
Bir ziyalı ailəsində anadan olmuşdur. Atası yazıçı Vladimir Velmar-Yankoviç Serbiyadakı Alman hərbi idarəsi nəzdindəki milli qurtuluş hökumətinin üzvü (mədəniyyət və din nazirinin müavini) olmuşdur. 1944-cü ilin sentyabrında ölkəni tərk edir. İtaliya və İspaniyada yaşayır. Avtomobil qəzasında ölür. Svetlana Velmar-Yankoviç Belqraddakı qadın gimnaziyasını bitirir. Universitetin ikinci ilində jurnalist kimi fəaliyyətə başlayır. 1959-cu ildən Maarifçilik nəşriyyatında çalışmışdır. 1989-cu ildən isə yalnız ədəbi işlə məşğul olur.
İvo Andriç və Mesi Selimoviç mükafatları, Serbiya Milli Kitabxanasının ilin ən populyar kitabına görə mükafatı (1992), İlin ən yaxşı romanı üçün NIN jurnalının mükafatı (1995) və s. Serbiya Elmlər və İncəsənət Akademiyasının üzvü olmuşdur (2009).
Nəsr əsərləri bir çox dillərə, o cümlədən koreya dilinə tərcümə olunmuşdur.