Svetofor protokolu

Svetofor protokolu – informasiya təhlükəsizliyi insidenti haqqında konfidensial informasiyanın yayılma auditoriyasını göstərmək üçün işarə sistemi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Svetofor protokolu 2000-ci illərin əvvəllərində İngiltərənin Milli İnfrastruktur Təhlükəsizlik Koordinasiya Mərkəzinin (Milli İnfrastrukturun Müdafiəsi Mərkəzi - CPNI)tərəfindən həssas informasiyaların bölüşdürülməsi məqsədilə yaradılmışdır.

İş prinsipi[redaktə | mənbəni redaktə et]

İnformasiya dörd rəngdən biri ilə işarələnir:

Qırmızı – olduqca konfidensial informasiya, informasiyanın hazırlanması prosesinin iştirakçılarından başqa heç bir əməkdaş və ya qurum arasında yayıla bilməz. İnformasiyanın paylaşılması üçün bütün iştirakçıların imzası tələb olunur.

Sarı – məhdud yayılma, paylaşılması lazım olduqda informasiyanı alan şəxs yalnız öz təşkilatı daxilində paylaşa bilər.

Yaşıl – geniş yayılma, müəyyən icma daxilində geniş yayıla bilər, amma KİV-də nəşr oluna bilməz.

– qeyri-məhdud yayılma, müəlliflik hüququ qorunmaqla yayılması sərbəstdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.