Svinsəbənzər təlxə

Svinsəbənzər təlxə (lat. Hemorrhois nummifer) — Suilanıkimilər fəsiləsinə aid ilan növü.

Svinsəbənzər təlxə
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Svinsəbənzər təlxə
Beynəlxalq elmi adı

Ümumi uzunluqları 120–160 sm-dir. Böş bədən hissədən nazik boğazla ayrılır. Yuxari hissəsi boz, boz-qəhvəyi rəngdə olur. Bəzən isə bütünlüklə qara rəngdə olur.

Onlar əsasən Kipr, Rodos, Ksantos adalarında, Anadolu, Yaxın Şərq, Sinay yarımadası, Şimal-şərqi Misir, Şimal-şərqi İran, Şimal İraq, Ermənistan və Mərkəzi Asiya ərazilərində yayılmışdır.

Onlar 1300 metr yükksəlikdə, qayalıqlar, daşlar arasında yayılırlar. Xüsusi ilə çay kənarlarında rast gəlinirlər. Kolluqlar, daşlar və gəmiriçilərin yuvalarında gizlənirlər.

Təhlükə zamanı sısıldayır və gizlənməyə çalışır. Tutmağa cəhd edərkən adamı dişləyirlər. Dişləməsi insanlarda azacıq zəhərlənmə verir.

Qışlamadan mart — aprelin əvvələri qayıdırlar. Kərtənkələlər, quşlar, və kiçik məməlilər ilə qidalanırlar.

Yumurta qoymaqla çoxalırlar. Dişi iyun-iyul ayları 5–12 yumurta qoyurlar. Sentyabrın əvvələri və sonları uzunluğu 19–22 sm olan balalar yumurtadan çıxırlar.

  • Clark, Richard 2000. Herpetological notes on the islands of Lipsi and Agathonisi, Dodecanse, Greece. Herpetological Bulletin (74): 6–7.
  • Reuss, 1834: Zoologische miscellen. Reptilien, Ophidier. Abhandlungen aus dem Gebiete der beschreibenden Naturgeschichte, vol. 1, p. 129–162.
  • Schlüter, U. 2010. Der Herpetofauna von Symi [Griechenland]. Elaphe 18 (4): 62–67
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]