Syerra-Maestra (isp. Sierra Maestra) — Kubanın cənub-şərqində dağ massivi. Bu, Kubada ən yüksək dağ massividir və ölkənin ən hündür zirvəsi olan Piko Turkino burada yerləşir (1974 m). Burada həm də Böyük Syerra-Maestra Milli Parkı yerləşir (isp. Gran Parque Nacional Sierra Maestra).
Syerra-Maestra isp. Sierra Maestra | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1974 m |
Uzunluğu | 240 km |
Eni | 30 km |
Hündür nöqtəsi | Piko Turkino |
Yerləşməsi | |
20°04′10″ şm. e. 76°25′32″ q. u. | |
Ölkə | Kuba |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Syerra-Maestro massivi ilə Karib dənizi arasında 50 km uzunluğundakı Bakonao parkı yerləşir.
2 dekabr 1956-cı ildə Qranma yaxtası Kuba adasına 82 nəfəri gətirdi. Onların arasında Fidel Kastro, Ernesto Çe Gevara, Kamilo Syenfueqos, Raul Kastro və Kuba inqilabının digər nümayəndələri var idi. İnqilabçılar Syerra-Maestra dağlarında gizlənirdilər və 1 yanvar 1959-cu ildə Kuba diktatoru Fulxensio Batista üzərində qələbə ilə başa çatan partizan müharibəsinə hazırlaşırdılar.