Sympetrum meridionale — cənub aquatik cırcıraması Libellulidae cinsinə aid olan həşərat növüdür.
Sympterum meridionale | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sympterum meridionale |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
İynəcələr dəstəsinin geniş yayılmış növlərindən biridir. Onların həyat dövriyyəsi orta hesabla 2–3 il davam edə bilir. Aprel-oktyabr ayları ərzində onlara şirin su kənarlarında rast gəlmək mümkündür. May ayından Noyabr ayının əvvəlinə kimi öz sürfələrinə şirin su hövzələrinin kənarlarına və otlaqların üzərinə yerləşdirirlər.
Bədən ölçüləri 40 mm-ə qədər böyüyə bilir. Qanadları açıldıqda ümumi bədən ölçüsü 55–60 mm-ə qədər uzanır. Erkək fərdlərin qarıncığı dişilərdən fərqli olaraq qırmızımtıl rənglidir. Dişilərin qarıncıq seqmentlərində isə qara ləkələrə rast gəlmək mümkündür. Qanadları sarımtıl rənglidir, pterostiqma və hialindən qurulmuşdur. Azərbaycanda Kür-Araz övalığında, Arazboyu düzənlik ərazisində və Zəngəzur dağlıq ərazisində geniş yayılmışdır.