Synthwave

Synthwave (digər adları ilə retrowave və ya futuresynth kimi də tanınır) 1980-ci illərin film soundtrackləri və video oyunları musiqilərindən təsirlənərək ortaya çıxmış elektron musiqi janrıdır. Bu musiqi janrı 2000-ci illərin ortalarından etibarən İnternetdə müxtəlif oxşar dəsti xətli qruplar tərəfindən istehsal edilmiş və inkişaf etdirilmiş və 2010-cu illərin əvvəllərində daha çox məşhur olmuşdur. O, musiqi aləti olan Sintezatorun adını daşıyır. Bu janrda bəstələnən musiqilər əsasən 1980-ci illərin elmi fantastika, döyüş və qorxu filmlərinin musiqilərindən ilhamlanıb. Bu, retrofuturizm məhsullarında geniş istifadə edildiyi üçün kiberpunk ilə eyniləşdirilmişdir.

Synthwave
Yarandığı dövr 1980
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar