Syonan məbədi

Şonan məbədi (昭南神社?) və ya bəzən Syonan məbədiSinqapurun Makritçi rezervuarında yerləşmiş şintoist məbədi.[1] Məbəd Yaponiya ordusu tərəfindən əsir götürülmüş britaniyalı və avstraliyalı əsgərlər tərəfindən Sinqapurun işğalı zamanı ölmüş yaponların xatirəsinə tikilmişdir.[1]

Şintoizm
Şonan məbədi
Din
Həsr olunub Sinqapurun işğalında ölən yapon əsgərlər
Yerləşməsi
Ölkə Sinqapur Sinqapur
Yeri Makritçi rezervuarı
Memarlıq
İnşa tarixi 1942
Vəziyyəti məhv edilib
Şonan məbədi xəritədə
Şonan məbədi
Şonan məbədi
Şintoizm terminologiyası

Şonan məbədinin orijinal strukturunda məbədin divarları yox idi.[1] Məbəd bir neçə mərtəbəli pilləkənlə çıxılan daş platformanın üzərində tikilmişdi və məbədin damı platformanın perimetri ətrafında düzülmüş taxta sütunların üzərində dayanırdı.[1] Rezervuarın filtrasiyası üçün də istifadə olunmuş tonlarla hamam çınqıl daşı ilə məbəd bağının səkisi salınmışdır.[1]

İkinci dünya müharibəsindən sonra Şonan məbədinə od vurulmuş və məbəd tamamilə məhv olmuşdur.[1] Məbədin sadəcə bir neçə daş qalığı qalmışdır.[1] İllər keçdikcə məbədin 90 daş pilləli girişi və bünövrəsi böyüyən cəngəllik bitkiləri arasında gizli qalmışdır.[1] Məbədin qranit daşından hazırlanmış fəvvarəsi toxunulmamış vəziyyətdə qalmışdır.[1] Fəvvarənin altında naməlum şəxslər tərəfindən naməlum məqsəd üçün qazılmış gizli tunel aşkarlanmışdır.[1]

Şonan məbədi ilə bağlı sübut olunmayan bir çox iddia və nəzəriyyə mövcuddur.[1] İddiaların birinə görə məbəd britaniyalılar tərəfindən deyil, yaponlar tərəfindən məhv edilmişdir.[1] Bu iddiaya görə yapon əsgərlər geri çəkilərkən məbəddəki gizli xəzinəni qorumaq istəmiş və İmperator qvardiyası xəzinəni qanları ilə qorumağa and içərək kütləvi intihar ritualı təşkil etmişdir.[1]

Sinqapur Paranormal Tədqiqatçıları qrupu bu iddiaları araşdırmaq qərarına gəlmiş və Yamaşita qızılı əfsanəsi ilə əlaqələr kəşf etmişdir.[1] 1981-ci ilə aid bir qeyddə deyilir ki, müharibə illərində rezervuarda işləmiş Sappari adlı indoneziyalı bağban məbədin yaxınlığında dəyərli bir şeyin basdırıldığını görmüşdür.[1] Məbədin qalıqları meşənin dərinliklərində yerləşdiyi üçün əlçatan deyil və məbədə çatmaq istəyərkən yolda itən şəxslər məbədin yapon ruhlar tərəfindən qorunduğunu iddia edirlər.[1]

  • Belanger, Jeff. Encyclopedia of Haunted Places (ingiliscə). New Page Books. 2005. 253-254. ISBN 1-56414-799-1. İstifadə tarixi: 26 sentyabr 2022.