Syzygium aromaticum

Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum)[1]siziqium cinsinə aid bitki növü.[2]Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir.

Mixək ağacı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər. Mixək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını azaldır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), damaqların vəziyyətini yaxşılaşdırır. Mixək diş ağrıları zamanı da mikrob əleyhinə və ağrı kəsici dərman kimi istifadə edilir. Qədim zamanlarda, hələ diş fırçaları və diş məcunları kəşf olunmamışdan qabaq Çin etiketində belə bir adət varmış ki, imperatorun qəbulunda olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəsləri ətirli olsun. Mixək ətriyyat sənayesində bahalı ətir və odekolonların tərkibində geniş istifadə olunur. Hazırda mixəyin qönçələrindən ədviyyə kimi istifadə edilir. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüşdürücü və ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə lupa vasitəsilə baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı ilə dolu belə dairə şəkilli kisələr çiçək yatağının silindrvari hüceyrələrinin kənar hissələrində daha çoxdur. Mixək qida və şirniyyatların bişirilməsi zamanı da istifadə olunur, çaya əlavə olunduqda çaya qeyri-adi dad və ətir verir. Mixəyi başqa ədviyyatlarla birlikdə toyuq və balıq məhsullarının, kolbasaların, şirin marinadların kökə və pryaniklərin hazırlanmasında da istifadə edirlər. Əti saxlamaq üçün qaynadılmış ətin üstünə mixək (bir ədəd) qoyduqda onu 24 saat xarab olmadan saxlayır. Mixək iştahanı artırır, həzmi yaxşılaşdırır və antiseptik (mikrob əleyhinə) təsir göstərir. Onu mürəbbələrə əlavə etdikdə mürəbbəyə yaxşı ətir və dad verir.

Mığmığaları və güvələri ürkütmək (qovmaq) üçün portağal (Citrus sinensis) meyvəsinin içinin mixəklə doldururlar. Mixəyin yağı da tibdə və kosmetologiyada geniş istifadə olunur. Mixək yağından müasir aromaterapiyada da (ətirli müalicə) çox geniş istifadə olunur. Bəzən mixək yağı dermatomikozu (dəri xəstəliyi) dayandırmaq üçün də tətbiq edilir. Mixək yağı tütünçülük, ətriyyat kosmetika və əczaçılıq sənayelərində də istifadə edilir. İndoneziyada mixəyi tütünə qatırlar və istehsal olunan məhsulun demək olar ki, yarısı (50%-i) bu işə sərf olunur. Mixək yağını ağız yaxalayıcılarının, saqqızların tərkibinə əlavə edirlər. Tərkibindəki efir yağı və kariofillen ona tünd yandırıcı, ətirli dad verir. Mixək yağınından alınan evqenoldan vanilin əldə olunur.[3]

Mixək ağacı il ərzində 1500–2500 mm yağıntı düşən, dəniz səviyyəsindən 900 metrə qədər yüksəkliyi olan, isti və nəm iqlim şəraiti olan yerlərdə yayılmışdır. Bu bitki üçün isti və nəm ekvatorial — musson iqlimi daha əlverişlidir. Mixək ağacının geniş yayıldığı Pemba və Zənzibarda (Tanzaniyanın adaları) orta gündəlik temperatur 26 0C-yə yaxın olmaqla nəmli və quraqlıq illərdə 220C-dən 330C-yə qədər dəyişir. Yağıntıların illik miqdarı 1500–2000 mm arasında olmaqla ən çox iki müddətdə — aprel-may və noyabr-dekabr aylarında demək olar ki, eyni miqdarda düşür.[3]

Mixək ağacının qurudulmuş qönçələri — mixək
  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 1 2 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016