Szpaku və ya Mateuş Yakub Şpakovski (pol. Mateusz Jakub Szpakowski, 1994) — polyak reper və söz yazıçısı. Musiqiçi BOR Records albom şirkəti ilə uzun müddət işləsə də, 2020-ci ilin əvvəlindən GUGU adlandırdığı öz albom şirkətini yaratmışdır.[1] O, Paluch, Young Igi, Bialas, Guzior, Wlodi, Shellerni, Slo, Bezczel, Koldi, Kobik, Kaz Balaqeyn və Bedoes kimi bir çox musiqiçilərlə əməkdaşlıq etmişdir.[2]
Szpaku | |
---|---|
pol. Mateusz Jakub Szpakowski | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Mateuş Yakub Şpakovski |
Ləqəbləri | Szpaku, Pumba, Młody Simba |
Doğum tarixi | |
Doğum yeri |
![]() |
Vətəndaşlığı | Polyak |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Reper, söz yazıçısı |
Fəaliyyət illəri | 2015—h.h |
Janrlar | Hip-hop, trep |
Musiqi aləti | Vokal |
Albom şirkəti | GUGU |
Əlaqələri | Paluch • 2K • Chillwagon |
Borshop | |
![]() |
6 yanvar 1994-cü ildə Polşanın Moronq şəhərində anadan olmuşdur. Təxminən, 21 yaşında, Slon adlı reperin "Xor melodiyası" albomu sayəsində rap ilə maraqlanmışdır.[3] 2015-ci ildə "Zachianki" adlı ilk mahnısını çıxartmışdır. Bir müddət sonra musiqiçi Alcomindz şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır.[4] Alcomindz şirkəti ilə 2016-2017 tarixində "Young Simba" adlı bir musiqi hazırlamışdır. Avqust ayının sonunda isə məşhurluq qazandığı BOR Records albom şirkətinə qoşulmuşdur. 19 oktyabr 2018-ci ildə "Atipik" adlı ilk albomu, 1 həftə ərzində 16.000 ədəd satıldı.[5][6] "Atipik" albomu Polşa sıralamasında 2-ci yerə yüksəldi. Premyerasından təxminən iki ay sonra platin statusunu əldə etdi.[7] 2020-ci ildə isə premyerasından iki həftə sonra 15.000 nüsxə satan "Dzieci duchy" adlı albomu qızıl statusu əldə etmişdir.[8][9][10]
Buraxılış ili | Albom məlumatları | Sırası | Satış | Mükafatlar |
---|---|---|---|---|
POL | ||||
2018 | Qeyri-tipik (pol. Atypowy) | 2 |
|
|
2020 | Uşaq ruhu (pol. Dzieci duchy)
|
2 |
|
|
2021 | Çəhrayı Pantera (pol. Różowa pantera)
|
1 |
|
|
2022 | Cənab Mateuszun xəyali dostları üçün ev (pol. Dom dla zmyślonych przyjaciół pana Mateusza)
|
1 |
|
|