Törəmə landşaftlar — təbii-antropogen landşaftlar olub hazırda və ya keçmişdə insanın təsərrüfat fəaliyyəti nəticəsində ilkin landşaftların yerində formalaşmış landşaftlar. Bu landşaftlar özü-özünü təbii nizamlama prosesləri sayəsində on illər və ya ilk yüz il ərzində nisbətən sabit (dayanıqlı) vəziyyətdə qalır. Törəmə landşaft qrupuna bir sıra misallar göstərmək olar. Bura Rusiya düzənliyinin xırdayarpaq meşələri (tozağacı və titrəkyarpaq qovaq meşələri), Aralıq dənizi sahili tipli kserofıt kolluqları, deqradasiyaya uğramış bozqırları, transformasiyaya uğramış savannaları, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda fıstıq və palıd, ardıc və s. meşələrin yerində formalaşmış vələs, dəmirqara meşələrini, müxtəlif şiblək tiplərini göstərmək olar. Bu kateqoriyaya aid olan bütün landşaftlar üçün ümumi cəhət insan tərəfindən çox dəyişilmiş bitki qruplaşmalarının (törəmə bitkilik) kəskin nəzərə çapmasıdır. Bununla yanaşı, torpağın, mikroiqlimin və landşaftın digər komponentlərinin xüsusiyyətlərinin dəyişməsi də baş verir.[1]