Törəmə meşələr

Törəmə meşələrİnsan fəaliyyətinin və təbii (kortəbii) hadisələrin təsiri ilə dəyişilmiş meşələr. Bu zaman meşəliyin tərkibi, quruluşu, məhsuldarlığı, ilkin meşələrə xas olan meşəbitmə şəraiti və digər xassələri dərindən dəyişir.

Törəmə meşələr ağacların təbii əvəz olunması və təsərrüfat tədbirləri nəticəsində (meşə əkini, xidməti və bərpa qırıntıları) öz ilkin vəziyyətinə bərpa olunması intensivliyindən asılı olaraq qısa müddətli, uzunmüddətli və davamlı uzunmüddətli törəmə meşələrə.bölünür.

  1. Qısa müddətli törəmə meşələrdə bu proses əsas meşəyaradan ağac cinsinin (edifikatorun) bir nəslinin həyat müddətində
  2. Uzunmüddətli törəmə meşələrdə 2–3 nəsil, davamlı uzunmüddətli törəmə meşələrdə isə 3 nəsildən artıq müddətdə başa çatır.

Azərbaycan respublikasında ilkin palıdfıstıq meşlərinin yerinə törəmə vələs, dəmirqara və s. meşəliklər və törəmə kolluqlar geniş sahə tutur.[1]

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008